Crocus dakı terrora görə ömürlük həbs edilənlərdən biri özünü öldürdü
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
"Crocus" terrorunda ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilən Yusufzoda Yakubcon intihar edib.
Lent.az Rusiya mediasına istinadən bildirir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin Moskva üzrə Baş İdarəsindən məlumat verilib.
37 yaşlı Yusufzoda Yakubcon "Matrosskaya Tişina" istintaq təcridxanasında intihar edib. Bir neçə saat ərzində reanimasiya tədbirləri görülüb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Martın 12-də məhkəmə "Crocus"a terror hücumu işi üzrə təqsirləndirilən şəxslərə hökm oxuyub. 19 təqsirləndirilən şəxsdən 15-i ömürlük həbs cəzasına məhkum edilib. Qalanları isə 19 il 11 aydan 22 il 10 aya qədər həbs cəzasına məhkum ediliblər. Əksəriyyəti qismən, beş təqsirləndirilən şəxs isə özünü günahkar hesab etməyib.
Baxış sayı:105
Bu xəbər 06 Aprel 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















