ÇSKA nın baş məşqçisi: “Qarabağ“la matçda müdafiəyə çəkilmək niyyətimiz yoxdur“
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bolqarıstanın ÇSKA (Sofiya) klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ"a qarşı cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyil.
Moderator.az "Report"a istinadla xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin baş məşqçisi Xristo Yanev sözügedən matçdan öncə baş tutan mətbuat konfransında bildirib.
O, Ağdam təmsilçisi ilə görüşdə qələbə qazanmaq istədiklərini söyləyib:
"İlk qarşılaşmada tətbiq etməyə çalışdığımız oyun planını bu görüşdə də davam etdirmək niyyətindəyik. "Qarabağ" keyfiyyətli heyətə malikdir. Rəqibin oyun modelini ətraflı təhlil etmişik və buna uyğun taktiki həllərlə meydana çıxmağa hazırlaşırıq. Heç zaman yalnız müdafiəyə çəkilməyin tərəfdarı olmamışam. Bu dəfə də məqsəd dəyişməyəcək. Hədəfimiz böyük futbol arenasında uğur qazanmaq və Bolqarıstanı güclü rəqiblər qarşısında layiqincə təmsil etməkdir. Komandamızın üstün cəhətləri kifayət qədərdir. Top bizdə olarkən futbolçular rəqibin müdafiəsində yaranan boşluqları dəyərləndirməli və bundan maksimum faydalanmağa çalışmalıdırlar".
Mütəxəssis komandada özünəinamın yüksək olduğunu vurğulayıb:
"Komandamızın daxilində özünəinamın tədricən yüksəldiyini hiss edirik. Bu isə düzgün inkişaf yolunda olduğumuzun göstəricisidir. Bilirəm ki, Bolqarıstanda nəticələrin qısa müddətdə əldə olunması gözlənilir. Ancaq davamlı inkişaf zaman və səbir tələb edir. Biz də kollektiv olaraq bu prosesi uğurla başa vurmaq və qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün birlikdə əzmlə çalışırıq".
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da, Bakı vaxtı ilə saat 22:00-da Sofiyada başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 29 İyul 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















