Cud Bellinqem təxminən bir ay meydanlardan uzaq qalacaq
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Cud Bellinqem zədə səbəbindən bir müddət komandaya kömək edə bilməyəcək.
İdman.Biz xəbər verir ki, Madrid təmsilçisinin rəsmi açıqlamasına əsasən, ingilis futbolçuya sol ayağın yarımquru əzələsindən zədə diaqnozu qoyulub. "El Chiringuito"nun yazdığına görə, 22 yaşlı oyunçunun bərpası təxminən bir ay vaxt aparacaq.
Bellinqem zədəni La Liqanın 22-ci turunda “Rayo Valyekano” ilə oyunda alıb. Fevralın 1-də keçirilən və “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə yarımmüdafiəçi 10-cu dəqiqədə əvəzlənib.
Bu mövsüm Cud Bellinqem bütün turnirlərdə 27 matçda iştirak edib, altı qol vurub və dörd məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:Cud Bellinqem sevgilisi ilə istirahətdə FOTOLENT
11 Sentyabr 2025 18:07
Cud Bellinqem Vinisius Juniorun rekordunu yeniləyib
27 Oktyabr 2025 14:48
Cud Bellinqem yeni klub rekordu müəyyənləşdirib
28 Oktyabr 2025 00:08
Cud Bellinqem Ueyn Runinin milli rekordunu yenilədi
22 Mart 2025 13:39
Cud Bellinqem gələn həftə toplu məşqlərə başlaya bilər
07 Sentyabr 2025 16:32
Baxış sayı:52
Bu xəbər 02 Fevral 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















