Icma.az
close
up
RU
“Cüdo bir döyüş növündən daha artıqdır”

“Cüdo bir döyüş növündən daha artıqdır”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransız sözü olan “klişe” qəlibləşmiş sözləri və ya düşüncələri ifadə edir. Milli düşüncəmizin bir küncündə klişeyə çevrilmiş, lakin həqiqəti ifadə edən fikir var – əziyyət çəkən həmişə bəhrəsini görür.

Son dövrlər federasiyalarımızın fəaliyyətinə nəzər yetirdikdə cüdo sahəsində görülən işləri yüksək qiymətləndirməmək mümkün deyil. Bu idmanın gənclər arasında bir nömrəyə çevrildiyini də deyə bilərik.

Yaxın günlərdə Avropa çempionatı öncəsi Cüdo Federasiyası millinin mətbuata açıq məşqini təşkil etdi. Gördüyümüz mənzərə, şərait və şəffaflıq idmançılarımızın nə üçün uğurlu olduqlarının əsas cavabı oldu. Sevindirici haldır ki, oğlanlar qədər qızlar da cüdonun populyarlığına ayaq uydura bilirlər. Cüdo dünyada olduğu kimi, ölkəmizdə də trendə çevrilib. Məlumdur ki, gənclər də həmişə trendə qaçırlar.

Mövzu ilə bağlı Azərbaycan Cüdo Federasiyasının Marketinq şöbəsinin rəhbəri Ülkər Abbasovla danışdıq:

“Cüdonun belə yayılması təsadüf deyil. Bu, uzunmüddətli brendinq strategiyasının nəticəsidir. Sistemli yanaşma məhsuludur. Cüdonu dəyərlər üzərində qurulan idman kimi təqdim edirik. Strategiyamız gənclərin dilində danışmaq, onların aktiv olduğu platformalarda işləmək, cüdonun fəaliyyətini təbliğ etməkdir. Qazanılan uğurlar da bu maraqları daha artırır. 2024-cü ildə Paris Olimpiadasında əldə edilən iki qızıl medal cüdonun necə perspektivli olduğunu göstərir. Bugünkü maraq da onu göstərir ki, yanaşma işləyir. Cüdo gənclər arasında düzgün seçim və trenddir.

“Cüdo sadəcə döyüş texnikası deyil. Hörmət, insanın özünü daha yaxşı kəşf etməsi üçün mexanizmdir. “Özünü kəşf et” sloqanımız var. Düşünürük ki, bu keyfiyyətlər insanlara tək idmanda deyil, bütün həyatında uğur qazanmağa kömək edəcək. Cüdo uşaqlara nizam, özünəinam, düzgün qərarvermə kimi fundamental bacarıqlar qazandırır. Buna görə cüdo bir döyüş növündən daha artıqdır”.

Federasiyanın ölkədə bu marağı yaratmaq yolunda gördüyü işlər illəri əhatə edir. Əsas məsələ əldəki vəsaitin düzgün istiqamətlərə xərclənməsidir. Ötən il Cüdo Federasiyasının başlatdığı “doğru yol budur” hərəkatını xüsusilə vurğulamaq lazımdır. Kampaniya çərçivəsində hazırlanmış klip qısa müddətdə ölkəyə səs salmağı bacardı. Yenə gənclər arasında populyar olan sima Orxan Zeynallının layihəyə cəlb edilməsi effektini göstərdi. “Bir də gəlsəm” trekinin hazırda 2 milyondan artıq baxışı var.

Gənclərin zərərli vərdişlərdən yayınması üçün ən yaxşı üsullardan biri də məhz idmandır. Daha bir klişe, amma həqiqət… Federasiyanın mesajı o qədər effektiv oldu ki, qısa müddətdə cüdoya yönələn, marağı artan yeniyetmələrin sayı daha da artdı. Reklam, təbliğat, propaqanda, nə ad verirsinizsə verin, “Bir də gəlsəm” bunların hamısına ölkə səviyyəsində ən yaxşı misallardan biridir.

“Son illərdə bir neçə sosial layihələr keçirmişik. Bunlar doğru mesajın doğru auditoriyaya çatdırılması idi. Bunu gözəl bacardıq. Zeynallı ilə əməkdaşlıq gənclərlə emosional bağ qurmağa, cüdonu onların dilində izah etməyə kömək etdi. Bu, həm də gəncləri zərərli vərdişlərdən uzaq tutmağa hesablanmış bir layihə idi. Bunun faydasını gördük. Layihə nəticəsində 700-dən çox uşaq, gənc, yeniyetmə cüdoya yazıldı”.

Cüdo tək kişilər arasında deyil, son dönəmlərdə qadınlar arasında da geniş müraciət olunan idman sahələrindən birinə çevrilib. Beynəlxalq arenada qadın idmançıların qazandığı nəticələr bu prosesi daha sürətləndirən amillərdəndir. Abbasova qızların cüdoya marağının artmasına toxundu:

“Qızların idmanla məşğul olması ilə bağlı cəmiyyətimizdə stereotiplər var. Lakin son aylarda müsbət dinamika var. Valideynlər cüdo ilə bağlı müraciətlər edir. Onlar da qızlarının özünəinamlarını artırmaq, özlərini müdafiəetmə bacarıqlarının olmasını istəyir. Qadın idmançıların uğurları, valideynlərin rəyləri, sosial mediada görülən işlər, layihələr qızlarla bağlı mesajlarımızı çatdırmağa kömək edir. Valideynlərin də yanaşması artıq dəyişir. Düşünürəm ki, getdikcə qızların da cüdoya marağı artacaq”.

Abbasova rəhbəri olduğu Marketinq şöbəsinin cüdonun təbliği ilə bağlı gördüyü işlərdən söz açdı:

“Ən vacibi insanların gözləntilərini düzgün anlamaq və qarşılamaqdır. Böyük büdcə imkanları genişləndirir, amma nəticəni təkbaşına təmin etmir. Əgər mesaj auditoriyanın gözləntilərinə uyğun deyilsə, maliyyə belə effekt vermir.

Bizim yanaşmamız ondan ibarətdir ki, əvvəl insanları dinləyirik, nə istədiklərini anlayırıq və buna uyğun doğru mesaj və güclü bağ qururuq. Daha sonra büdcə bu ideyanın maksimum effektiv çatdırılması üçün istifadə olunur. Yəni nəticə gətirən balansdır, amma başlanğıc nöqtəsi həmişə auditoriyanı düzgün anlamaqdır. Bu proses marketinq və kommunikasiya komandası tərəfindən koordinasiya olunur.

Biz idmançıların sosial media fəaliyyətinə tam nəzarət etmirik, amma onlara strateji istiqamət veririk və lazımi dəstək göstəririk. Mütəmadi olaraq sosial media istifadəsi ilə bağlı təlimlər keçiririk və onları daha aktiv olmağa təşviq edirik. Bu yanaşma həm idmançılar üçün əlavə imkanlar yaradır, həm də ümumi olaraq cüdonun imicini daha da gücləndirir”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Aprel 2026 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri