Icma.az
close
up
RU
Cüdo Liqaları yaradıldı 3 yaş qrupu üzrə keçiriləcək

Cüdo Liqaları yaradıldı 3 yaş qrupu üzrə keçiriləcək

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Azərbaycan Cüdo Federasiyası (ACF) Cüdo liqaları ilə bağlı mətbuat konfransı keçirib. 

Fanat.Az xəbər verir ki, tədbirdə federasiyanın baş katibinin müavini və idman direktoru Kamran Talıbov yeni yaradılan liqalarla bağlı media nümayəndələrini məlumatlandırıb.

Bildirilib ki, Cüdo Liqalarının yaradılmasında əsas məqsəd potensiallı idmançıların aşkarlanması, yerli cüdo idman təşkilatları arasında sağlam rəqabətin və əlaqələrin təşkili, idmançılara və məşqçilərə maddi dəstək göstərilməsi, eləcə də klubların infrastrikturunun yaxşılaşdırılmasıdır.

Cüdo Liqaları və burada yığılan xallar eyni zamanda milli komandaların tərkibinin müəyyən olunmasında ən önəmli meyarlardan biri olacaq. Yığmaların heyəti yalnız Azərbaycan çempionatı və ya birincilikləri əsasında deyil, il boyu keçirilən daxili yarışlarda, eləcə də bu liqalarda toplanacaq reytinq xalları əsasında müəyyən ediləcək. Bu da, idmançıları ilboyu keçirilən daxili yarışlarda aktiv iştirak etməyə stimullaşdırmaqla bərabər, seçimin də daha obyektiv olmasını şərtləndirəcək.
Cüdo Liqalarının 3 yaş qrupu üzrə keçiriləcəyi diqqətə çatdırılıb. Böyüklərdə yalnız kişi cüdoçuların, U-17 və U-14 liqalarında isə həm oğlan, həm də qız cüdoçuların iştirak edəcəyi bildirilib. Liqa yarışları açıq status daşıyacaq və şərtlərə cavab verən bütün cüdoçular liqalarda çıxış edə biləcək. Böyüklər liqasında üç, U-17 və U-14 liqalarında isə dörd yarışın keçirilməsi nəzərdə tutulur. İdmançılara Liqa yarışlarında göstərdikləri nəticələrə müvafiq reytinq xalları veriləcək. Bu reytinq xalları da öz növbəsində məşqçilərin və klubların reytinqini formalaşdıracaq. Yekun reytinq cədvəlində yuxarı pillələrdə qərarlaşmış cüdoçulara və onların məşqçilərinə pul mükafatı birbaşa təqdim ediləcək. Klublara isə mükafatlar pul formasında verilməyəcək. Həmin klublarda cüdonun inkişafını dəstəkləyən müxtəlif istiqamətlər üzrə xərclənəcək.
Mətbuat konfransının yekunda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://fanat.az
archiveBu xəbər 10 Aprel 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri