Cüdo texnikaları üzrə tədris keçirilir FOTO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində Azərbaycan İdman Akademiyasının cüdo məşqçiliyi ixtisası üzrə qiyabi təhsil alan II kurs tələbələrinə “koshi-waza” və “osaekomi-waza” texnikaları tədris olunub.
İdman.biz xəbər verir ki, dərslərə Böyük Britaniyanın Hertfordşir Universitetinin professoru Mayk Kallen rəhbərlik edib.
Üç gün davam edən intensiv kursun sonunda imtahan təşkil olunub. İmtahan prosesində yerli mütəxəssislər – Orxan Səfərov, Samir İsmayılov və Azərbaycan İdman Akademiyasının əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, dərslər Azərbaycan Cüdo Federasiyası, Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib. Tələbələr beynəlxalq məşqçilik standartlarına uyğun tədris proqramı əsasında həm nəzəri biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdiriblər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 İyun 2025 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















