Icma.az
close
up
RU
Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi

Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi

Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında ölkə çempionatının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə ACF və GİN rəsmiləri iştirak ediblər.

Nazir müavini Mariana Vasileva çıxış edərək iştirakçılara uğurlar arzulayıb.

Builki Azərbaycan çempionatı nüfuzlu beynəlxalq “Grand Slam” turnirləri səviyyəsində təşkil olunub. Təşkilatçılıqdan yarış standartlarına qədər hər bir detal ən yüksək keyfiyyəti əks etdirir və həm idmançılar, həm də tamaşaçılar üçün unudulmaz bir təcrübə təmin edir.

Qeyd edək ki, Azərbaycan çempionatı Bakı İdman Sarayında təşkil olunub. Yarışa dekabrın 1-də yekun vurulacaq.

seeBaxış sayı:58
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri