Icma.az
close
up
RU
Cüdoçularımızın Avropa sınağı Gələcəyə ümid var

Cüdoçularımızın Avropa sınağı Gələcəyə ümid var

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatına yekun vurulub. "Köhnə dünya"nın aparıcı tatami ustalarının mübarizəsinə Azərbaycan cüdoçuları da qatılmışdılar. Ölkəmizi 12 çəki dərəcəsində təmsil edən 15 cüdoçu (doqquz kişi, altı qadın) Podqoritsanı fərqli nəticələrlə və əhval-ruhiyyədə tərk etdilər.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

47 ölkə arasında 10-cu

Qitə birinciliyində Azərbaycan millisinin qazancı beş medal (bir gümüş və dörd bürünc) oldu. Təmsilçilərimizdən yalnız biri - Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Zelim Kotsoyev finala vəsiqə qazanmağı bacardı. Amma 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsində yer almaq şansından istifadə edə bilmədi. Gürcüstanlı rəqibinə uduzan Kotsoyev gümüş medalla kifayətləndi. Yığmanın hesabına dörd bürünc medalı isə Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) yazdırdılar. Azərbaycan medalların əyarına görə 47 ölkə arasında ümumi komanda hesabında 10-cu, kişilər arasında isə beşinci yeri tutub.

Maraqlıdır ki, Zelim Kotsoyevdən başqa, digər mükafatçılar karyeralarında ilk dəfə böyüklər arasında Avropa çempionatında medal qazanmağın sevincini yaşayıblar. Bununla yanaşı, Azərbaycan cüdo tarixində milli üzvləri ilk dəfə qitə birinciliyində beş fərqli çəki dərəcəsində fəxri kürsüyə yüksəliblər.

Qadın cüdoçularımız təəccübləndirə bilmədilər

Etiraf edək ki, kişilərdən fərqli olaraq, ölkəmizdə qadın cüdosu hələ ki lazımi səviyyədə deyil. Bunun təsdiqi kimi müxtəlif nüfuzlu yarışlarda qeydə alınan nəticələrə baxmaq kifayət edir. Podqoritsa səfəri də istisna olmadı. Belə ki, məşqçilər korpusunun etimad göstərdiyi altı milli üzvündən heç biri fəxri kürsüdə yer ala bilmədi. Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq) və Nigar Süleymanova (+78 kq) ilkin raundlarda mübarizəni dayandırdılar.

Qitə birinciliyinin sonuncu günündə isə Azərbaycan yığması qarışıq komanda yarışında gücünü sınayıb. Gürcüstan millisinə qarşı 1/8 final görüşü rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Günel Həsənli (70 kq), Zelim Kotsoyev (100 kq), Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyevin (73 kq) rəqiblərinə uduzması millinin mübarizəni erkən dayandırması ilə nəticələnib.

Nəticələr daha yüksək ola bilərdi

Hazırda milli komandanın iki aşkar lideri var - Zelim Kotsoyev (100 kq) və Hidayət Heydərov (73 kq). Qitə birinciliyinin startından öncə də məhz bu ikilidən qızıl medal gözlənilirdi. Amma təəssüf ki, Avropa çempionatının startı ərəfəsində Paris-2024-də parlaq çıxışı ilə Azərbaycana böyük sevinc bəxş edən Heydərovun səhhətində problem yaşandı. Bu üzdən də məşqçilər korpusu onu heyətdən çıxartmaq məcburiyyətində qaldılar. Düzdür, onun əvəzinə komandaya cəlb edilən Rəşid Məmmədəliyev (73 kq) yarışı bürünc medalla başa vurdu. Bununla belə, çempionluğa əsas namizəd sayılan Heydərovun qazanacağı qızıl medal Azərbaycan yığmasının ümumi sıralamada daha yuxarı pillələrdə qərarlaşmasını təmin edəcəkdi. Ötənilki Avropa çempionu Elcan Hacıyevin (90 kq) zədə səbəbindən Podqoritsaya aparılmaması da unudulmamalıdır. Bir sözlə, sadaladığımız problemlər və hakimlərin bəzi görüşlərdə ədalətsiz qərarları olmasaydı, böyük ehtimalla nəticələr daha yüksək olacaqdı.

2024-cü ilin ən yaxşıları

Podqoritsada təşkil edilən qala-gecə də Azərbaycan cüdosu üçün yaddaqalan oldu. 2024-cü ilin yekunlarına əsasən Hidayət Heydərov (73 kq) Avropada "İlin ən yaxşı kişi cüdoçusu" adına layiq görüldü. Millimizin üzvünə mükafatı Avropa Cüdo İttifaqının prezidenti Laslo Tot təqdim etdi. "İlin ən yaxşı kişi məşqçisi" üçün nəzərdə tutulan mükafat isə Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Rixard Trautmana verildi. Maraq üçün onu da əlavə edək ki, bu ilin fevralında Parisdə keçirilən tədbirdə həm Heydərov, həm də Trautman dünya üzrə ilin ən yaxşıları seçilmişdilər.

Əsas hədəf - Los-Anceles-2028

Avropa çempionatının ilin ilk ciddi sınağı olduğunu, eyni zamanda yuxarıda sadaladığımız obyektiv səbəbləri nəzərə alsaq, Podqoritsada qeydə alınan nəticələri normal, hətta yaxşı qiymətləndirmək olar. Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin sistemli iş və uzunmüddətli layihə əsasında fəaliyyət göstərməsi də bu idman növünün gələcəyinin daha da parlaq olacağından xəbər verir. Müəyyən qüsurlar, çatışmazlıqlar var ki, məşqçilər korpusu onları qarşıdakı təlim-məşq toplanışlarında aradan qaldıracaq.

Qitə birinciliyinin yekunları ilə bağlı Avropa Cüdo Birliyinin rəsmi saytına açıqlama verən Rixard Trautman da nikbin fikirlər səsləndirib. Almaniyalı mütəxəssis, həmçinin hədəfləri açıqlayıb: "Sevindirici haldır ki, budəfəki yarışda fəxri kürsüyə əvvəllər yüksəlməyən idmançılar qalxdılar. Əsas hədəfimiz ən mötəbər yarışlar - dünya çempionatı, Yay Olimpiya Oyunları zamanı tam gücümüzdə olmaqdır. Builki dünya çempionatından yaxşı nəticələr gözləyirik. Amma əsas böyük hədəf gələn il Bakıda keçiriləcək dünya çempionatıdır. Orada parlaq çıxış etmək bizim üçün çox vacibdir. Əlbəttə ki, əsas uzunmüddətli hədəfimiz 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarıdır. Unutmayaq ki, dünya çempionu olmaq böyük uğurdur, amma cəmiyyətin diqqətini daha çox Olimpiya medalları çəkir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 May 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri