Cüdoçumuz EYOF da bürünc medal qazanıb FOTO
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarında Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.
Apasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmməd Ağakişiyev üçüncü yer uğrunda görüşdə Aleksandr Aleynikova (Belarus Olimpiya Komitəsi) qızıl xalla qalib gələrək bürünc medala yiyələnib.
Qeyd edək ki, EYOF-2025-də daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq), Rəsul Əlizadə (-55 kq) qızıl, Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) gümüş və Aysun Məmmədova (-52 kq) bürünc medal qazanıb.
3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderliyini qoruyur.
"EYOF-da əldə etdiyim mükafat mənim üçün çox dəyərlidir" Cüdo mütəxəssisləri Qubada seminar keçirəcəklər Qubada cüdo məşqçiliyi ixtisası üzrə xüsusi dərslər başlayıb Qubada cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün nəzəri dərslərə start verilib - FOTO EYOF-da iştirak edəcək cüdoçularla görüş keçirilib - FOTO

