Icma.az
close
up
RU
Cümhuriyyət qurucularına həmişə minnətdarıq Naqif Həmzəyev

Cümhuriyyət qurucularına həmişə minnətdarıq Naqif Həmzəyev

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin vəfatından 70 il keçir. M.Ə.Rəsulzadə bir tarixi şəxsiyyət kimi daim müzakirə mövzusu olub. Bu müzakirələr zaman-zaman qalmaqallarla da müşayiət olunub. Gəncədən olan deputat Naqif Həmzəyevin bir neçə il öncə Rəsulzadə haqqında səsləndirdiyi fikirlər də belə qalmaqallardan biri idi. Medianın təqdimatına görə, deputat 2015-ci ildə iştirak etdiyi qeyri-rəsmi tədbirdə Rəsulzadə haqqında danışarkən, ona Gəncədə büst qoyulmasına qarşı çıxmış, qurduğu respublikanı qoruyub saxlaya bilməməkdə ittiham etmiş, onu üzünə lider olaraq görmədiyini demişdi. Sonradan mətbuata açıqlamasında Naqif Həmzəyev fikirlərinin təhrif olunduğunu bildirmişdi.
Modern.az-ın redaksiyasında qonaq olan Naqif Həmzəyev saytımıza geniş müsahibə verib. Söhbət əsnasında o, Rəsulzadə ilə bağlı sualımızı da cavablandırmalı olub.
Qeyd edək ki, müsahibənin tam versiyası tezliklə saytımızda yayımlanacaq. Hələlik isə deputatın Rəsulzadə ilə bağlı səsləndirdiyi fikirləri təqdim edirik:
 

- Media Rəsulzadə haqqında 2015-ci ildə səsləndirdiyiniz fikirləri geniş müzakirəyə çevirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində, dövlətçilik ənənəsində rolunu necə qiymətləndirirsiniz? Sizin üçün Rəsulzadə kimdir, hələ də 10 il əvvəl dediyiniz fikirlərin üzərində qalırsınız?
 

- Bu mövzu haqqında həmin dövrdən sonra heç danışmadım. 10 il əvvəl mənə qarşı "informasiya terroru" həyata keçirildi ki, bunun da obyektiv və subyektiv tərəfləri var idi. Açığını deyim ki, gənc siyasətçi üçün bu intihara bərabər idi. Mən hədəf seçilmişdim və siyasət sahəsindən məni tamamilə silmək, mənim vasitəmlə də çirkin niyyətlərini həyata keçirmək istəyirdilər. Sağ olsun dövlətimiz, ziyalılarımız, düşünən beyinlərimiz bu prosesdə məni tək qoymadılar, mövqeyimi müdafiə edən kifayət qədər insan tapıldı və yəqin ki, mən bunun  sayəsində ayaqda qaldım.
Şükürlər olsun ki, bu gün də siyasi fəaliyyətimi davam etdirirəm. Sizin suala gəldikdə isə mən o vaxt nə düşünürdümsə, bu gün də eyni düşüncələrdə qalmışam. Çox təəssüflər olsun ki, o vaxt mənim adımdan deyilməyən fikirləri tirajladılar. Mən tarixçiyəm və Azərbaycan Xalq Cümhuriyyəti tarixini, xüsusi ilə də 19-cu əsrin sonu, 20-ci əsrin əvvəli dönəmini araşdıran tədqiqatçıyam. Həmin dönəmdə hansı proseslər baş verib,  onları tarixçi olaraq bilirəm və bildiklərimin bəlkə də 90 faizi ümumiyyətlə heç Azərbaycan oxucusuna, vətəndaşlarını bəlli deyil. Azərbaycan vətəndaşları onları biləcəyi təqdirdə heç o reallıqları qəbul etməyə hazır da deyil. İnanıram ki, mən bildiklərimi də həmişə az sayda insan bilmiş olacaq.
Bəzən elə informasiya, məlumatlar var ki, onun cəmiyyət tərəfindən bilinməsinə heç ehtiyac yoxdur. Çox təəssüflər olsun ki, bizim yanaşmamız Cümhuriyyət liderlərini müxalifət liderləri qismində görməkdən ibarət olub və bu gün də elə görülür. Biz Cümhuriyyət qurucularını qətiyyən müxalifətçi kimi qələmə verməməliyik. Onlar bizim aydınlarımız, ziyalılarımız və siyasi liderlərimiz olub. Onlar da Azərbaycanı qurmaq, yaratmaq və müstəqil bir ölkəni qorumaq istəyiblər. Bunu nə dərəcədə edib-etmədikləri artıq başqa məsələdir və bu haqda danışmağa bizim haqqımız çatmır ki, onları tənqid və ya təhqir edək. Biz sadəcə onların fəaliyyətini öyrənə, tədqiq edə, doğru-düzgün nəticələr çıxara bilərik ki, o səhvləri indiki dövrdə buraxmayaq.
Bizim səhv yanaşmamız Cümhuriyyət qurucuları ilə bağlı insanları iki yerə bölməsinə səbəb oldu. Məhəmməd Əmin Rəsulzadəni, Cümhuriyyət yaradıcılarını tanımayan şəxslər belə, bu məsələdə bizə qarşı çıxmağa başladılar. Sanki iqtidarda olduğumuz üçün bizi günahlandırırlar və bizə imkan vermirlər ki, Cümhuriyyət qurucuları haqqında fikirlərimizi deyək. Biz Nəriman Nərimanovla Rəsulzadəni müqayisə edə bilərik. İkisi də eyni dövrdə, fərqli siyasi cərəyanın davamçıları olub, hərəsinin də öz inancları, özünə görə xidmətləri, səhvləri və düzü olub, amma bizə, şəxsən mənə düşməz ki, onların səhvlərindən və ya düzlərindən danışım. Əgər biz Azərbaycanı həmişə güclü görmək istəyiriksə, istənilən azərbaycanlıya sahib çıxmalıyıq.
Hansısa gənci məhv etmək, onun üstündən xətt çəkmək və ya istənilən tarixi şəxsiyyəti qınamaq çox asandır. Bu baxımdan biz Cümhuriyyət qurucularına həmişə minnətdarıq. Xüsusi ilə də bizim əlavə səhvimiz ondan ibarətdir ki, Məhəmməd Əmin Rəsulzadəni digər Cümhuriyyət qurucularından üstün tutmuşuq. Mən Cümhuriyyət qurucularının hər birinə dərin təşəkkür edir və hamısını bərabər hesab edirəm. Digər Cümhuriyyət qurucuları var ki, onlar sürgün, terror qurbanı oldular, mühacirət həyatı yaşadılar. Hər birinin həmin dönəmdə və ondan sonrakı vaxtda oynadığı müxtəlif rolları olub. İlk dönəmlərdə müsbət rol oynayıblarsa, sonradan müəyyən səhvlər buraxıblar və yaxud da ilk dönəmdə müəyyən səhvləri olubsa, sonra müsbət obrazda olublar. Bu baxımdan da biz yalnız onların fəaliyyətlərini öyrənmək, müasir gənclərə öyrətməklə kifayətlənməliyik və qətiyyən onları iqtidar-müxalifətə bölməməliyik. Keçmişdəki Müsavatla indiki Müsavatı eyniləşdirmək düzgün deyil.

Kaş 2015-ci ildəki o hadisə olmazdı, mənim də orada müəyyən günahım və səhvim oldu ki, həmin məclisdə iştirak etdim. Lakin bu mənim sadəliyim və sadəlövhlüyüm, jurnalistlərin səmimi olmağına inanmağımdan qaynaqlanırdı. Həmin dövrdə sosial medianın da mövzunu səhv yönləndirməyi vəziyyəti o hala gətirib çıxardı. Sonunda siz də başda olmaqla doğru, həqiqəti yayan media mənim fikirlərimə də hörmət edərək, onları yaydılar. İlk andan sonuna qədər də mən fikrimdən çəkinmədim. Hamının haqqı çatır ki, öz liderinin kim olduğunu desin. Mən orada qəbahət edib deməmişdim ki, mənim liderim Heydər Əliyevdir. Bunu da səhv və qınaq obyektinə çevirmişdilər, hansı ki, bunun özü də səhv yanaşmadır. Mən durub nə varsa, nə hiss edirəmsə, onu deməliyəm.
Yeni Azərbaycan Partiyasının deputatıyam və ona sevərək üzv olmuşamsa, demək onun yaradıcısını da özümə lider bilirəm. Amma demokratiyadan dəm vuran qüvvələr mənim seçimimə hörmətlə yanaşa bilmədilər. Başlığa da mənim heç demədiyim fikirləri çıxarmışdılar. Mən yenə də deyirəm ki, Cümhuriyyət dövründə İrəvanın hədiyyə edilməsinin əleyhinəyəm, edilməməli idi. Döyüşməli idiki, vuruşmalıydıq, ən azından verirdiksə, bunu sənəddə göstərərdik. Orada subyektiv və obyektiv tərəflər də var, həmin dövrdə bizim siyasi rəhbərlərin seçim haqqı yox idi və o çətin vəziyyətdə razılaşmaq məcburiyyətində qalmışdılar, nəticədə öz qoynumuzda ilan yetişdirməli olduq. Halbuki, o dövrdə ilanın başın kəsməli idik. Mənim bunu deməyim o demək deyil ki, mən Cümhuriyyət qurucularını tənqid edir, qılınclayıram. Sadəcə olaraq o dövrün reallığı belə idi və başqa ediləsi nəsə yox idi. İndiki dövrdə tənqid daha rahatdır, həmin vaxt orada mən də olsaydım nə qərar verəcəyimi hələ də bilmirəm. 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see254

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see209

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see148

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see137

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see124

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri