Icma.az
close
up
RU
Cümşüdün ailəsinə KOMPENSASİYA veriləcək? AÇIQLAMA

Cümşüdün ailəsinə KOMPENSASİYA veriləcək? AÇIQLAMA

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Bir neçə gün öncə Nərimanov rayonu Baksol yolu adlanan ərazidə yolun çökməsi nəticəsində 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. 28 yaşlı gəncin meyiti iki gün sonra Hövsan ərazisində tapılıb.

Məlum olub ki, həmin ərazi Dövlət Su Ehtiyatları Agentliyinə aiddir. Adı çəkilən qurumun açıqlamasında hadisənin baş verməsinə sahibkarların səbəb olduğu bildirilib. Qeyd edilib ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar:

“Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üzərinin sahibkarlar tərəfindən taxta parçaları ilə örtülməsi həmin ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o qəzalı əraziyə yaxınlaşıb. Nəticədə bədbəxt hadisə baş verib”.

Baş Prokurorluq hadisə ilə bağlı cinayət işinin başladıldığı haqqında məlumat yayıb.

Qurumun açıqlamasından məlum olur ki, gəncin ölümünə səbəb məsuliyyətsizlik olub. Sahibkarların özbaşınalığına aidiyyatı qurum da ciddi yanaşmayıb.

Bəs həmin gəncin ölümünə görə kim, hansı qurum kompensasiya ödəməlidir?

News24.az xəbər verir ki, məsələ barədə Bizim.Media-ya danışan deputat Razi Nurullayev deyib ki, cavabdeh qurumlar kompensasiya ödəməlidirlər:

“28 yaşlı gəncin kanalizasiya xəttinə düşərək ölməsi həqiqətən məsuliyyətsizlik səbəbindən baş verib. Hər halda yol çöküb və kanalizasiya xəttinin üstü açıq olub, yalandan ora bir taxta qoyulub. Kanalizasiya xəttinə də, yola da cavabdehlik daşıyan qurumun, hər ikisinin bu məsələdə çox ciddi məsuliyyətsizliyi var. Vətəndaş həyatını itirib. Çox zülmlə vəfat edib, kanalizasiya kanalına düşüb, çirkabın içərisində boğulub və o boyda yolla əzilə-əzilə gedib meyiti Hövsandan tapılıb. Yəni bu, insanın yaşaya biləcəyi ən dəhşətli ölümdür. Təbii ki, aidiyyəti qurum bununla bağlı kompensasiya ödəməlidir”.

Milli Məclisin üzvü bildirib ki, bütün ölkə boyu harda açıq “lük”lər, təzadlı, problemli, fəlakət törədə biləcək yerlər var araşdırılmalıdır:

“Söz vermişəm ki, onları gördükcə hamısını çəkib video şəklində paylaşacağam. Neçə yerdə görürəm ki, işıq dirəyi qıırlıb və ya reklam lövhəsi götürülüb, onun yerində uzun boltlar qalıb. Kimsə qaçanda yıxılsa, dörd bolt onun qarnından girib kürəyindən çıxacaq. Yəni bu cür məsuliyyətsizliyə necə göz yummaq olar? Bakıda, rayon və kəndlərimizin bir çox yerlərində də insanların həyatına 24 saat təhlükə yarada biləcək yerlər var. Niyə onlarla bağlı tədbir görülmür?

Amma bir vətəndaş daşı daş üstünə qoymaq istəyəndə gəlib ərəbzəngi kimi başının üstünü kəsdirib məhv etməyə çalışırlar. Qanunsuzdur, olmaz deyirlər. Öz qanuni vəzifələrini yerinə yetirib vətəndaşların həyatına təhlükə törədən problemləri həll etməlidirlər. İstəyirəm ki, bu hadisədə məsuliyyət məsələsi ciddi şəkildə qoyulsun, bununla bağlı görüləcək tədbirlər, cəzalar haqqında ictimaiyyətə məlumat verilsin”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 İyul 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri