Icma.az
close
up
RU
Cümşüdün öldüyü çuxura 15 gün əvvəl baba nəvə də düşmüdü HADİSƏ YERİNDƏN REPORTAJ

Cümşüdün öldüyü çuxura 15 gün əvvəl baba nəvə də düşmüdü HADİSƏ YERİNDƏN REPORTAJ

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cümşüdün faciəsi təkcə onun yaxınlarını yox, hamımızı sarsıtdı. Videogörüntülərə baxıb, gözlərimizə inanmaq istəməsək də, reallığı qəbul etməkdən başqa çarəmiz qalmadı.

Rəsmi qurumlar açıqlamalar versələr də, hələ də, bəzi suallar insanı narahat edir. Sanki işin bir hissəsi hələ də havada qalıb.

Baş Prokurorluqdan bildirildi ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.

Özlüyündə məsul qurum da qeyd etdi ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar.

Yalnız məsul qurumun cavabı ilə kifayətlənməyib, sahibkarın və ərazidə çalışanlardan da hadisə barədə məlumat almaq üçün Lent.az-ın əməkdaşı çöküntü olan həmin yerə getdi.

Yolboyu bir çox yerdə qazıntı işlərinin aparıldığına, toz-torpağın az qala asfaltı örtdüyünə şahid olduq. Hadisə yerinə çatanda kanalizasiyanın ağır qoxusu rəsmən nəfəs almağa imkan vermirdi. Cümşüdün ölənə qədər bu qoxu ilə necə mübarizə apardığını düşünüb, bir anlıq fikrə getdik...

Əvvəlcə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşlarına yaxınlaşıb, hadisə barədə məlumat aldıq. Məsul qurumun işçisi bildirdi ki, kollektorun üzərində çökmə baş verəndə, onlar həmin riskli ərazini çəpərləyib, gediblər.

Lakin Cümşüdün kollektora düşdüyü videogörüntülərdə ətrafda yalnız 1-2 çəpərin olduğu görünür.

Bəs çəpərləri kim söküb? Həqiqətən 4 bir tərəf çəpərlənmişdimi?

Suallara cavab almaq üçün 4-5 metr aralıqda olan tikinti malları satılan yerə üz tutduq. Həmin yerə getmək üçün isə kollektorun təzəcə təmir olunmuş hissəsindən keçməli olduq. Hər iki tərəfindən kanalizasiya suları axan, ortası isə maksimum 40-50 sm-lik körpüyə bənzər yerdən keçərək, mağazaya yaxınlaşdıq.

Soruşduq ki, bəs Cümşüdün ölümünün başlıca səbəbi ərazidə lazımi sayda çəpərləmənin olmaması olub. Qurumun məlumatına görə isə buraya lazımi sayda dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar. Həqiqətən də iddialar doğrudurmu?

Sahibkar (Asif Həbibov) bildirdi ki, nə nişanları, nə də dəmir məhəccərləri ərazidən götürməyiblər: “Bütün faktlar, kamera görüntüləri hard disklə birlikdə prokurorluğa təhvil verilib. Məsul qurum çöküntü olan kollektorun üzərinə nişanlar, məhəccərlər qoymamışdan əvvəl biz özümüz maneə ola biləcək dəmirlər yerləşdirmişdik ki, nə avtomobil, nə də ki, kimsə ehtiyatsızlıqdan çuxura düşməsin.

Foto

İdarədən gələnlər nişan lentlərini mənim qoyduğum maneələrin üzərinə bağlayıb, 1-2 də dəmir məhəccər qoyub getdilər. Halbuki onlar bizə deməli idilər ki, maneələrinizi götürün, biz quruma məxsus məhəccərlər yerləşdirəcəyik. Amma bunu etmədilər”.

Sahibkardan “siz dəmir maneələrinizi götürdükdən sonra qurumdan gəlib baxan olmadımı, ərazinin yarısının açıqda qaldığını görmədilərmi” deyə, soruşduq.

Cavab belə oldu:

- Mənim yerləşdirdiyim maneəni görüb, daha az məhəccər yerləşdirib, getdilər.  Onlar məhəccər qoyandan sonra mən özümə məxsus maneələri (dəmirləri) götürdüm. Götürdükdən sonra isə ərazinin bəzi hissələri boş qaldı”.

Bəs siz niyə götürürdünüz öz qoyduqlarınızı? Həmin qoyduğumuz dəmirlər bizə lazımdır. Biz onları satırıq. Sadəcə qurumdan səs-soraq çıxmadığı üçün onlar gəlmədən yerləşdirdik ki, qanqaraçılıq olmasın.

- Cümşüdün çuxura düşdüyü görüntülərdə ümumiyyətlə məhəccər sayı demək olar ki, görünmür...

 - Biz çuxurların üzərini örtmək üçün taxtalar qoymuşduq.

- Cümşüd yıxılanda siz işdə idiniz?

- Biz işdən saat 5-6-da gedirik. Ona görə burada yox idik.

Söhbətimizə hadisə yerindəki sürücü (Rəşad İmanov) də qoşuldu:

- Bizə xəbərdarlıq etdilər ki, malları (tikinti materiallarını) yığışdırın, sabah gəlib, qazıntı edəcəyik. Elə həmin gün də mallar yığışdırıldı. Lakin 2 ay ərzində nə gələn oldu, nə gedən. İki aydan sonra da Cümşüd düşdü kollektora. Çox heyif, Cümşüd düşməsə idi bəlkə də, hələ də gəlib buranı təmir etməyəcəkdilər”.

- Deyirlər buradan iritonnajlı maşınlar keçdiyi üçün kolektorun üzəri çöküb.

- Beton 1 oğlanı saxlaya bilmirsə, ora biz necə tikinti malları yığa bilərik ki?

- Bu taxta-şalbanlar buraya necə daşınıb?

- Tikinti materialları buraya çoxdan gəlib. Bunların son aylarla əlaqəsi yoxdur. Yol isə 5-6 aydır çöküb.

Bir qədər aralıda kollektorun üzərində avtomobilin dayandığını görürük. Bayaq bizlə danışan sürücü bildirir ki, hər an ora çökə bilər. Kim zəmanət verir ki, həmin yer sağlamdır? Bura bu vəziyyətdədirsə, gör ora necədir...

Rəşad İmanov qeyd edir ki, əlacsızlıqdan orada yük maşını da saxlayıblar: “Təhlükəsizliyimizə kim zəmanət verəcək?”

İki il bundan əvvəl “Volqa” markalı avtomobil bir neçə metr o tərəfdə kollektora düşmüşdü. Ora düz asfaltın ortasıdır”,- deyə tikinti malları satılan ünvandakı fəhlələr bildirdi.

Sahibkar Asif Həbibov qeyd etdi ki,  4-5 dəfə İşi Şəhərlərin Su Təchizatı Xidmətinə müraciət ediblər: “Dedik ki, gəlib çökən ərazini düzəltsinlər. Arada yalandan da deyirdik ki, adam düşür ora, nə zaman təmir edəcəksiniz? Ümidimiz o idi ki, belə desək, gəlib baxarlar. Amma kafi”.

Sürücü Rəşad qeyd edir ki, biz ifunət qoxusundan otura bilmirdik, əziyyət çəkirdik: “Zəng edirdik ki, kömək edin, biz də insanıq. Həm yol çöküb, həm də qoxu yayılır. Çay içib, çörək yeyirik. Bilmirik yediyimiz-içdiyimiz nədir. Adam da kanalizasiyanın içində yaşayar?”

Ətrafımıza toplaşan sahibkar, sürücülər, fəhlələr diqqətlə bizi izləyir. Biz də onlardan soruşduq ki, siz burada çalışırsınız, indi hadisə olub, məhəccərlərin sayı çoxalıb, bəs Cümşüd oraya düşəndə niyə 2-3 məhəccər var idi?

Ümumi fikir belə oldu: “Məhəccərlərin sayı azalmayıb. 5 məhəccər qoyurlar. Yolun bir üzü çökür 3-ün götürüb aparırlar, o üzü çökür 2-sini aparırlar. Bu cür məhəccər qalar? Hər yer bərbat gündədir. Sonra yerinə əlavə dəmir məhəccər qoymurlar”.

Ətrafdakılar indi bizə sual verir: “Bu hadisədən əvvəl niyə 1 nəfər yox idi burada? Yaddan çıxıb, qara siyahıya atılmışdı elə bil bu ərazi. İndi niyə hamı gəlib, əl-aya düşür? Bura baxın, 2-3 günə düzəldirlər, amma biz aylarla gözlədik, öz dilimizlə dedik, gəlin, təmir edin, kimsə düşəcək. Bir nəfər də gəlmədi. Bu gün-sabah, bu gün- sabah edə-edə qaldı. Bütün danışıqları çıxartdırın, görün neçə dəfə quruma zəng etmişik?”

Sahibkara xatırlatdıq ki, axı sizlərə dəfələrlə bildirilib ki, ərazidən iritonnajlı maşınlar keçməməli, kollektorun üzərinə tikinti materialları qoyulmamalıdır.

Sahibkarın yerinə sürücü cavab verir:

“Elə bir şey olmayıb. Bizə xəbərdarlıq gəlsə, özbaşına hərəkət etmərik. Əgər biz onların xəbərdarlıqlarına məhəl qoymamışdıqsa, onda niyə yuxarı orqanlara bizi şikayət etmirdilər”.

Bizi maraqlandıran suallardan biri də bu idi. Görəsən, Cümşüdün çuxura düşməsi ilə bağlı polisə kim məlumat verib?

Ətrafdakıların cavabı belə oldu:

“O düşəndə fəhlələr səsini eşidib. Kömək istəyirmiş. Digər tərəfdə də çöküntü olduğu üçün səsi digər çuxurdan aydın eşidilirmiş. Amma bu qoxuyla, qazla maksimum o, 1 dəqiqə həyatda qalıb.

Buradakı xəbərdarlıq lövhəsi hadisədən sonra qoyulub. Ona kimi yox idi. 15-20 gün bundan qabaq bir kişi nəvəsi ilə düşmüşdü çuxura. Yaxşı ki, su gəlmirdi, yoxsa onlar da qurban olacaqdılar”.

Bu qədər qorxulu yerdə işləyirsiniz. Siz necə hərəkət edirdiniz burada?

“Biz dolayı yolla kənardan gəlirdik. Heç avtomobillərimizi də saxlamırdıq burada.

2 ay bundan qabaq “Azərişıq”ın əməkdaşları gəldilər ki, həmin bu çöküntü olan yerdə ki işıq dirəyini çıxardılar ki, kollektorun üzəri təmir olunacaq. Hələ də dirək çıxarılıb, qoyulub ora. Amma o iki ay ərzində heç kim gəlib, baxmadı bura”.

Bir az söhbət etdikdən sonra daha müəmmalı məqamlar ortaya çıxır.

İşçilər bildirir ki, 2 ay bundan qabaq buraya 10 beton boru qoymuşdular. Aylarla o borular qaldı burada, hadisə olan gün götürüb, apardılar onları. Hər şey kameralarda görünür.

Niyə hadisə günü apardılar o boruları? Bəs buranı təmir etmək üçün gətirilmişdi axı?

“İndi kanalizasiya kollektorunun üzəri tamam açıqdır. Nə zamana kimi işi bitirəcəklər, Bu barədə nələrsə deyiblərmi sizə?”,-deyə saulımıza isə, işləsələr iki günlük işdir, amma işləmirlər. 4 günə 6 boru qoyublar”.

Elə bunu demişdilər ki, bir də gördük, traktor çuxuru torpaqla örtəndə tikinti malları saxlanan çardağın dəmirini vurub, yerə saldı...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 İyul 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see213

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see161

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see160

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see134

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see124

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see123

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see123

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see122

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see121

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri