Çürümə gedir, rejimin sonu qaçılmazdır Medvedyev
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna rəhbərliyi ətrafında vəziyyət gözlənildiyindən daha sürətlə dəyişir və proses Qərb dəstəyinin dağılması istiqamətində gedir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün Teleqram kanalında yazıb.
“Avropada vəziyyət çoxdan yetişmiş böhranın açılmasına doğru gedir. Bir neçə gün əvvəl demişdim ki, Kiyev rəhbəri hələlik Qərb dəstəyinə güvənərək mövqeyini qoruyur, amma Avropadakı irinli proses qaçılmaz şəkildə partlayacaq. Görünür, bu, gözləniləndən daha sürətlə baş verir. Bu, sadəcə gizlənmiş yaranın açılması deyil, “banderovçu” hakimiyyətin qanqreninin dərinləşməsidir. Bu sistem çürümüş hissəni kəsməli olacaq, əks halda bütün orqanizm məhv olacaq. Əgər bu da yetərli olmasa, çürümə davam edəcək və Kiyevdəki rejimin sonu qaçılmaz olacaq”, - Medvedyev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 19 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















