Çürümüş heyvan başları aşkarlandı
News24 saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Bursa şəhərinin Gemlik rayonunda yerləşən "BAĞ-KUR" Sənaye saytındakı boş bir təmirxanadan pis qoxu gəldiyi barədə edilən şikayətlərdən sonra Gemlik Bələdiyyəsinin polis əməkdaşları əraziyə baxış keçirib.
News24.az xəbər verir ki, çilingərin köməyi ilə açılan təmirxanada paletlər arasında üst-üstə yığılmış çox sayda iri buynuzlu heyvan başı aşkarlanıb. Məlum olub ki, bu heyvan başları Qurban bayramı zamanı toplanıb və gigiyenik olmayan şəraitdə saxlanılıb. Nəticədə onların çürüdüyü müəyyən edilib.
Çürümüş heyvan başlarının satılmaq üçün saxlanıldığı bildirilir. Məhsullara dərhal əl qoyularaq məhv edilməsi üçün tədbirlər görülüb.
Gemlik Respublika Prokurorluğu tərəfindən məsələ ilə bağlı “İstehlaka yararsız, dəyişdirilmiş və sağlamlıq üçün təhlükəli qida məhsulunun satışı və ya bu məqsədlə saxlanılması” maddəsi ilə cinayət işi açılıb.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 09 İyul 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















