Cüzi həyəcan olsaydı, oyunu əldən verə bilərdik Xankəndi nin yeni transferi
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Xankəndi" qış fasiləsindən sonrakı ilk sınağından üzüağ çıxmağı bacardı. Həm baş məşqçisini dəyişən, həm də heyətə əl gəzdirən Qarabağ təmsilçisi "Qaradağ Lökbatan"la liderlik uğrunda matçda əzmkar qələbə qazandı. Matç "Xankəndi"nin yeni transferlərindən Elvin Nəsibov üçün debütlə yadda qaldı. Təcrübəli forvardın yeni komandasında keçirdiyi oyunla bağlı təəssüratlarını öyrəndik.
Nəsibovun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyuna yaxşı hazırlaşmışdıq. Görüşün belə çətin keçəcəyini bilirdik. Hər iki komanda çempionluğa oynayır və xal itirmək istəmir. Oyuna yaxşı başlamasaq da, sonradan toparlanıb geridönüş edə bildik. Cüzi həyəcan olsaydı, oyuna nəzarəti itirə bilərdik. Soyuqqanlığımızı qorumalıydıq. Məşqçimizin əvəzetmələri də özünü göstərdi. İlk yarını məğlub başa vurduq, amma son ana kimi qələbəyə inanırdıq. Bunu bacardığımıza görə çox sevincliyik. "Qaradağ Lökbatan"a da növbəti oyunlarda uğur arzulayıram. Artıq bu qələbəni unudub növbəti görüşlərə köklənəcəyik. Heyətimizdə təcrübəli, hər cür ab-havada oynamış futbolçular var. "Xankəndi"ni uğura daşıya biləcəyimizə əminik".
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 25 Fevral 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















