Icma.az
close
up
RU
D 8: Azərbaycanın təşəbbüsləri ilə yaranan canlanma

D 8: Azərbaycanın təşəbbüsləri ilə yaranan canlanma

Icma.az bildirir, 525.az portalına istinadən.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan üzv olduğu platformaların inkişafı, güclənməsi üçün müxtəlif təşəbbüslər irəli sürür, səylər göstərir. Bakının bu fəaliyyəti həm qoşulduğu təsisatları daha da gücləndirir, nüfuzunu yüksəldir, eyni zamanda daxili həmrəyliyi artırır, yeni əməkdaşlıq imkanları açır. Qısa müddət əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv olmasına baxmayaraq, Bakı burada da mühüm rola malikdir, qurumun inkişafı üçün öz töhfələrini verir.

D-8-dən danışarkən bir məqamı mütləq vurğulamaq lazımdır ki, məhz ötən il dekabrın 19-da Qahirədə (Misir) keçirilən üzv ölkələrin dövlət və hökumət başçılarının XI sammitində Azərbaycanın yekdilliklə üzv seçilməsi ilə otuz ilə yaxın fəaliyyət göstərən təşkilat genişləndi.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın üzvlüyü məsələsinə toxunaraq deyib ki, D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Otuz ilə yaxın bundan əvvəl yaranmış təşkilatın birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzvün Azərbaycan olduğunu vurğulayan dövlət başçısı bildirib ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolunu göstərir: "Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilib. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir".

Məlumat üçün bildirək ki, Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub, katibliyi İstanbul şəhərində yerləşir. Bu təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir. Ölkəmiz ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub. Dövlət başçısı Zirvə görüşündəki çıxışında bildirib ki, Azərbaycan üçün İslam həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir və ölkəmiz bu istiqamətdə öz töhfələrini verir.

Birliyin bayrağındakı altı ulduz onun əsas prinsiplərini simvollaşdırır: müharibə deyil, sülh, münaqişə deyil, dialoq; ikili standartlar deyil, ədalət; üstünlük deyil, bərabərlik; müstəmləkə deyil, ədalətli düzən; zülm və hökmranlıq deyil, insan haqları, azadlıq və demokratiya.

Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasında, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayır. Bu çərçivədə, həmçinin geniş regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi vacib əhəmiyyətə malikdir.

Üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən və böyük iqtisadi potensiala malik "İslam Səkkizliyi" adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Xüsusilə Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar regional və beynəlxalq əməkdaşlıq üçün imkanları daha da artırdı. Azərbaycanın enerji, logistika, nəqliyyat və digər sahələrdəki rolu onu daha da cəlbedici edir.

Təşkilatın yeni hədəfləri Banqladeşin ev sahibliyi ilə 10-cu Zirvə toplantısında qəbul edilən və 2020-2030-cu illəri əhatə edən On İllik Yol Xəritəsidir. D-8 ölkələri təşkilatı daha güclü və daha da inkişaf etdirməyi hədəfləyən bu yol xəritəsi ilə ticari əməkdaşlığı dərinləşdirmək və daxili ticarət həcmlərini ümumi "D-8" ticarətinin ən azı 10 faizinə çatdırmağı planlaşdırıblar. Eyni zamanda, Dəkkə bəyannaməsində tərəflər irqçilik, ayrı-seçkilik, ksenofobiya və antimüsəlman çıxışlara qarşı mübarizə aparma iradələrini təsdiqləyiblər.

Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya "Böyük iyirmiliy"in (G-20) üzvüdür.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan təşkilat çərçivəsində bir sıra təşəbbüslər irəli sürüb ki, bu da onun canlanmasına gətirib çıxarır. Azərbaycan D-8-in güclü iqtisadi bloka çevrilməsi məqsədilə təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma və media sahəsində əməkdaşlıq kimi yeni mövzuları gündəmə gətirib. Azərbaycanda ilk dəfə olaraq D-8 həftəsinin keçirilməsi, gənclər və idman sahəsində əməkdaşlığın gücləndirilməsi üçün atılan addımları qeyd etmək olar.

Bakıda keçirilən D-8 Media Forumu üzv ölkələrin media və informasiya sahəsində malik olduqları böyük potensialın açılması, bu istiqamətdə əməkdaşlığın qurulması, mübadilə baxımından vacib əhəmiyyət daşıyır. Bu onu göstərir ki, D-8 ölkələrinin əməkdaşlıq sahələri daha genişdir və təkcə iqtisadiyyat üzərində fokuslanmayıb, media və kommunikasiya sahəsi də kənarda qalmalı deyil.

Azərbaycan Prezidentinin "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində vurğulanıb ki, Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir: "Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində "D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq"u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir".

Eyni zamanda, müraciətdə, media mühitinin sürətli transformasiyaya məruz qaldığı, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, "deepfake"lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqda olduğu vurğulanıb. Dövlət başçısı qeyd edib ki, D-8 Media Forumunun əsas vəzifələrindən biri - doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.

D-8 Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam Media Forumunda çıxışı zamanı media sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub, Azərbaycanın qurum çərçivəsində səylərini vurğulayıb. Onun "Azərbaycan D-8-ə üzv seçilən gündən öz töhfəsini əsirgəməyib, bu təşkilatda qeyri-adi təşəbbüslərlə çıxış edib. Ötən ay keçirilən D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqunda yol xəritəsi müəyyən olunub", fikirləri bir daha Bakının təşkilatda önəmli mövqeyini vurğulayır .

Baş katib bildirib ki, D-8 təşkilatı öz mövqeyini, həmçinin medianın nüfuzunu və təsir gücünü artırmalıdır, təşkilatın tutduğu mövqe beynəlxalq səviyyəyə çatdırılmalıdır.

Qeyd edək ki, Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-yə yaxın qonaq iştirak edib. D-8 Media Forumu təşkilat daxilində media sahəsində dialoq qurmaq, həmrəylik, dezinformasiya ilə mübarizə və s. baxımdan töhfə verə bilər.

Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, 1,2 milyard əhalini əhatə edən D-8 daha da inkişafı, güclənməsi üçün böyük potensiala malikdir. Bakının təşəbbüsləri isə təşkilatı daha da canlandırıb. Necə ki, biz buna Qoşulmama Hərəkatında da şahidlik etdik. Məhz Azərbaycanın sədrliyi dövründə Hərəkat daxilində həmrəylik gücləndi, təşkilatın nüfuzu xeyli artdı. Azərbaycanın islam həmrəyliyinə verdiyi önəm və töhfələr də xüsusi vurğulanmalıdır.

Ölkəmizin İslam səkkizliyində olması bir daha sübut etdi ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Noyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see242

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see241

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see237

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see236

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see235

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see233

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see231

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see231

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see216

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see214

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see210

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see206

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see197

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see197

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see197

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see196

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see196

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see193

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see190

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri