“D” kateqoriyalı məşqçi kurslarına start verilib
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına start verilib.
XQ xəbər verir ki, AFFA-nın qəbul etdiyi Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq Bayıl stadionunda keçirilən kursa 25 nəfər cəlb edilib. Kursun ilk günündə BFF-nin prezidenti Tahir Süleymanov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı və məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə ilk məşğələlərdə nəzəri biliklərini iştirakçılarla bölüşüblər.
Üç gün davam edəcək nəzəri və praktiki kursların yekununda təlimləri uğurla keçən iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.
Baxış sayı:139
Bu xəbər 24 Fevral 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















