Icma.az
close
up
RU
“Dabaq” ölkəni bürüyür, mal qara kütləvi şəkildə qırılır, ƏT ALMAQ TƏHLÜKƏLİDİR

“Dabaq” ölkəni bürüyür, mal qara kütləvi şəkildə qırılır, ƏT ALMAQ TƏHLÜKƏLİDİR

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hazırda ölkədə mal-qara arasında dabaq xəstəliyi yayılıb. Dünən Biləsuvardan mənə zəng edib dedilər ki, fərdi təsərrüfatlarda vəziyyət gərgindir, mal-qara qırılır”.  

Bu sözləri Sherg.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub  Hüseynov dedi. E.Hüseynov vəziyyətin bu həddə çatmasına əlaqədar qurumların məsuliyyətsiz yanaşmasının səbəb olduğunu bildirdi: 


- Dabaq xəstəliyi həmişə Azərbaycanda mövcud olub. Dabaq xəstəliyi yayılan zonalarda sovet vaxtı karantin elan olunurdu, həmin zonaya girib-çıxan avtomobillərin təkərləri yuyulurdu, dezinfeksiya edilirdi, hətta insanlar da əgər o zonaya gediş-gəliş edirdisə, insanların çəkmələrinin altı da yuyulurdu, məıcburi qaydada dezinfeksiya edilirdi. Bu işə təkcə polis deyil, ordu da cəlb olunurdu, beləliklə xəstəliyin yayılmasının qarşısı alınırdı. Son bir neçə aydır ölkədə dabaq xəstəliyi baş alıb gedir. Dabaq xəstəliyinin əlamətləri heyvanın iştahsız olması, ot yeməməsi, su içməməsi, ağzından selik axması, getdikcə halsızlaşaraq tələf olmasıdır.  Mal-heyvan sahibləri görəndə ki heyvanlar halsızlaşıb, arıqlamağa başlayıb, ziyana düşməmək üçün bəzən bu heyvanları kəsirlər, ətləri müəyyən yollarla satışa çıxarırlar. Bu, istisna olunmur. Dabaq xəstəliyinə tutulmuş heyvanın əti boş, çox yumşaq olur, ətin üzərində su qabarcıqları olur, bunu bilsin əhali. Şəhərdə dana ətinə tələbatın azalması təbiidir, qiymətlər də buna görə aşağı düşüb.


E.Hüseynov qeyd etdi ki, əhali təsadüfi yerlərdən, etibar etmədikləri satıcılardan ət almasın: 

- İndi mal – dana əti almaq təhlükəlidir. Alanda çalışsınlar, çox qaynatsınlar əti. Tərkibində daşıyıcılar, zərərli bakteriyalar ola bilər. İnsana keçə bilər xəstəlik. Yüksək temperaturda zərərli bakterilaylar məhv olur. Ümumiyyətlə, hər ehtimala qarşı müəyyən müddətə kabab bişirməkdən, kabab yeməkdən imtina etsinlər. Çünki kabab bişirilən zaman temperatur ətin daxilinə yaxşı nüfuz etmir, bu da ətin tərkibindəki zərərli bakteriyaların ölməməsinə səbəb olur. Alınan əti ancaq çox qaynatmaq lazımdır. Restoranlarda, kafelərdə, dönərxanalarda ətli yeməklərdən də imtina edilmıəlidir. Əhali bir müddət ətdən ümumiyyətlə imtina etsin. Çünki vəziyyət təhlükəlidir.   Ət, süd, süd məhsulları alarkən də ehtiyatlı olsunlar. Dabaq xəstəliyinə tutulmuş heyvanın südündə də bakteriyalar olur. İstehlak zamanı insan orqanizminə nüfuz edir və insanlar da dabaq xəstəliyinə yoluxurlar. 


E.Hüseyniov bildirdi ki, ölkədə dabaq xəstəliyinin bu qədər geniş yayılmasının səbəbi ölkəyə gətirilən xəstəlik əleyhinə vaksinlərin keyfiyyətsiz olmasıdır: 

- Mən həmişə demişəm ki, ən doğru xəbər ictimai rəydir. İctimai rəydə belə məlumatlar var aki ölkəyə keyfiyyətsiz vaksinlər gətirilib. Mən Xankəndidə keçirilən forumda iştirak edirdim. Orada mənə yaxışlaşıb dedilər ki, Vaksinlər keyfiyyətsiz olduğu  üçün də dabaq xəstəliyinin qarşısını almaq mümkün olmur. Heyvanlar xəstələınir və tələf olurlar. Çox güman ki tender yoluyla gətirilib bu vaksinlər. Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə aydınlıq gətirməli, ictimaiyyətə açıqlama verməlidirlər ki, niyə dabaq xəstəliyinin qarşısı alınmır?  İctimai rəy budur ki, ölkəyə külli miqdarda keyfiyyətsiz dabaq xəstəliyi vaksinləri gətirilib. Belə deyilsə, niyə xəstəlik bu dərəcədə yayılıb? AQTA Beynəlxalq Epizootik Büronun üzvüdür. Niyə xəstəliklə bağlı məlumat almayıb, qabaqlayıcı tədbir görülməyib?  İnsanlar diqqətli olsunlar, ət istehlakını azaltsınlar. Fərdi təsərrüfatlar nəzarət altında saxlanmalı, fermerlərə kompensasiya verilməlidir.    


E.Hüseynov qeyd etdi kİ, necə olur Gürcüstanda baytar həkimlər kənd-kənd,qapı-qapı gəzərək mal-qaraya baxış keçirir, tibbi yoxlama aparır, karantin elan edir, bizim ölkədə isə xəstəlik gündən-günə yayılır: 

- AQTA qida təhlükısizliyinə nəzarət etmək vəzifəsini üzərinə götürübsə, əhaliyə ətraflı məlumat verməli, xəstəliklə mübarizə tədbrilərini gücləndirməli və dəymiş ziyana görə fermerlərə, kəndlilərə kompensasiya ödəməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri