Icma.az
close
up
RU
Dabaq xəstəliyi ilə bağlı məhdudiyyət: “Panika yox, nəzarət və düzgün bişirmə vacibdir”

Dabaq xəstəliyi ilə bağlı məhdudiyyət: “Panika yox, nəzarət və düzgün bişirmə vacibdir”

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Heyvan bazarlarına dabaq xəstəliyi ilə bağlı oktyabrın 25-dən tətbiq olunan məhdudiyyət hələ də qüvvədədir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqlamasında bu qərarın mal-qara arasında xüsusi təhlükəli xəstəliklərin yayılma riski ilə əlaqədar olduğu bildirilir.

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq qərarlarına əsasən, dünyada və regionda müşahidə olunan heyvan xəstəlikləri ilə bağlı dövri qiymətləndirmələr aparılır. Son dövrlərdə əldə edilən məlumatlar göstərir ki, Cənubi Qafqaz regionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riski mövcuddur”, – AQTA-nın məlumatında qeyd olunur.

Qurumun açıqlamasına görə, ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz kəsim fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri görülür. Agentlik həmçinin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə və yol kənarlarında qanunsuz heyvan kəsimi və ət satışı ilə məşğul olan şəxslərə xəbərdarlıq edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib ki, ölkəmizdə də endemik xarakter daşıyan xüsusi təhlükəli heyvan xəstəlikləri mövcuddur. Onun sözlərinə görə, həm ölkəmizi xaricdən keçə biləcək xəstəliklərdən qorumaq, həm də daxildə yayılmanın qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlər həyata keçirilir.

“Xüsusi təhlükəli xəstəliklər əsasən bir heyvandan digərinə birbaşa təmas yolu ilə keçdiyindən, bu baxımdan ən riskli məkanlardan biri heyvan bazarları hesab olunur. Buna görə də qərara alındı ki, 25 oktyabr tarixindən etibarən respublika ərazisində bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılsın”, – deyə Əbdüləliyev vurğulayıb.

O əlavə edib ki, məhdudiyyət tədbirləri mərhələli şəkildə tətbiq olunur. Son bir həftə ərzində əhali arasında maarifləndirmə aparılıb və bazarlarda baytarlıq-sanitariya vəziyyəti qiymətləndirilib. Məqsəd heyvanlar arasında təmasın qarşısını almaq və xəstəliklərin yayılma riskini minimuma endirməkdir.

Məhdudiyyətin qüvvədə olduğu müddətdə diri heyvanların satışı yalnız heyvandarlıq təsərrüfatlarında həyata keçiriləcək və buna hər hansı məhdudiyyət qoyulmur.

Lakin vəziyyətlə bağlı insanlar arasında müəyyən təşviş də yaranıb. Əhali mal-qara arasında dabaq xəstəliyinin yayılması xəbərindən sonra ət almağa ehtiyatla yanaşır.

Qida məsələləri üzrə ekspert Ağa Salamov “Doğru.az”a açıqlamasında bildirib ki, dabaq xəstəliyinə tutulmuş heyvanın əti düzgün qaydada – 75 dərəcə temperaturda bişirilərsə, heç bir təhlükə daşımır:

> “İstər xəstə, istərsə də sağlam heyvanın əti olsun, bütün hallarda ət doğru qaydada bişirilməlidir. Əgər mənşəyi məlum olmayan, baytar nəzarətindən kənar məntəqələrdən ət alınırsa, bu, təhlükəlidir. Ətin bişirilmə temperaturu 75 dərəcə olmalıdır, bu zaman heç bir bakteriya və virus qalmır. Ət düzgün saxlanmazsa və ya çiy qalarsa, qida zəhərlənməsinə, hətta ölümlərə səbəb ola bilər”.

Ekspert əlavə edib ki, vətəndaşlar ət alarkən baytar nəzarətindən keçmə sənədini və uyğunluq sertifikatını tələb etməlidirlər. Əks halda, həm dabaq, həm də digər patogen bakteriyalarla yoluxma riski arta bilər.

Məlahət Rzayeva

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://dogru.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri