Dabaq xəstəliyi ilə bağlı peyvəndləmə işləri davam edir FOTOLAR
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma riskləri nəzərə alınaraq, cari ilin təsdiq edilmiş “Epizootik tədbirlər planı”ndan kənar olaraq bu serotipə qarşı əlavə peyvənd vasitələri alınıb.
"Unikal" xəbər verir ki, noyabr ayından etibarən peyvənd vasitələri ölkəyə gətirilərək bölgü əsasında rayonlara, xüsusilə sərhəd rayonlarına çatdırılıb və “soyuq zəncir” rejiminə əməl olunmaqla peyvəndləmə tədbirləri həyata keçirilir. Həyata keçirilən profilaktik tədbirlər dabaq xəstəliyinin SAT-1 serotipinin ölkə ərazisində yayılmasının və heyvandarlıq sahəsində itkilərin qarşısının alınmasına xidmət edir.
Qeyd edək ki, dabaq iti yoluxucu virus mənşəli xəstəlik olub və bütün cütdırnaqlı heyvanlarda, xüsusən iri və xırdabuynuzlu heyvanlarda rast gəlinir. Virus ağız boşluğunda, süd vəzilərində və dırnaqlar arasında ağrılı yaralar yaradır, yüksək hərarətə səbəb olur və heyvanlar qidalanmadan qaldığı üçün məhsuldarlıq kəskin şəkildə aşağı düşür. Yoluxma əsasən xəstə heyvanla birbaşa təmas,virusla çirklənmiş yem-su, inventar,qulluq vasitələri, personalın geyimləri və hava-damcı yolu ilə yayıla bilər.
Dabaq həm də transsərhəd xəstəlikdir — virus külək vasitəsilə quruda, hətta dənizlər üzərindən belə kilometrlərlə məsafəyə yayıla və qonşu dövlətlərin ərazisindən ölkəmizə keçə bilər. Həmçinin tranzit və digər nəqliyyat vasitələri ilə yayıla bilər. Heyvan sahiblərinin nəzərinə çatdırırıq ki, heyvanlarınızı mütləq peyvəndləməyə cəlb edin və baytar həkimlərinin peyvəndləmə aparması üçün lazımi şərait yaradın. Bununla bağlı heyvanların vaxtında və düzgün peyvənd olunması üçün Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Mərkəzinin rayon idarələrinə müraciət etməyiniz tövsiyə olunur.
Hazırda bölgələrdə dabaq xəstəliyinin SAT-1 serotipinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən hər il iki dəfə olmaqla iri və xırdabuynuzlu heyvanlarda profilaktika məqsədilə peyvəndləmə tədbirləri həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 11 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















