Dağıstanda rəqibini civə ilə zəhərləmək istəyən şahmatçı cəzasız qalıb
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Daxili İşlər Nazirliyinin Mahaçqala üzrə İdarəsi respublika çempionatında rəqibinin masasına civə sürtən dağıstanlı şahmatçı Amina Abakarovaya qarşı cinayət işinin başlanmasından imtina edildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Şahmat üzrə respublika çempionatında Abakarova Umayqanat Osmanovanın oynamalı olduğu masaya civə birləşmələri sürtüb.
Qeyd olunur ki, oyun zamanı Osmanovanın səhhəti pisləşib və ona tibbi yardım lazım olub. Bununla belə, başqa heç kim zərər çəkməyib.
"Onlar məni tibbi müayinəyə göndərdilər və bədən xəsarəti olmadığına görə onu cinayət məsuliyyətinə cəlb etmədilər", - Osmanova qeyd edib.
O, həmçinin etiraf edib ki, Abakarova ondan üzr istəməyib və bu günə kimi rəqibinin hərəkətinin əsas səbəbini bilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 05 Dekabr 2024 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















