Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dağıstanda ruslar tərəfindən etnik soyqırımları davam edir

Dağıstanda ruslar tərəfindən etnik soyqırımları davam edir

Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dağıstanda ruslar tərəfindən etnik soyqırımları davam edir

Rusiya-Ukrayna müharibəsi faktiki olaraq bütün imperiya ərazisində, o cümlədən onun ən böyük və etnik cəhətdən rəngarəng olan Dağıstanda azsaylı xalqların düşünülmüş şəkildə soyqırımının həyata keçirilməsi ilə müşahidə olunmaqdadır. Faktiki olaraq Rusiya Ukraynadakı müharibədən etnik azlıqların məhv edilməsi üçün istifadə edir. Müharibəyə cəlb edilmiş etnik azlıqların demək olar ki, hamısı müharibənin ən qaynar yerlərinə göndərilir, öldürülənlərin sayını gizlətmək onların cənazələrini yandırırlar və itkin düşmüş kimi qələmə verirlər. Çox vaxt həlak olan etnik azlıqların ad və familiyalarını yazmaq əvəzinə ümumi ifadədən istifadə edirlər. Məsələn, qeyd edilir ki, "ləzgi xalqının oğlu həlak olub", nə ad yazırlar, nə də soyad.

Mətbuata sızan bəzi məlumatlara görə Rusiya rəhbərliyi tərəfindən etnik azlıqlarla bağlı gizli direktiv verilib. Gizli direktivə əsasən etnik azlıqlar kütləvi şəkildə döyüşün ən qaynar yerlərinə göndərilməli, onlar arasında itkilər daha çox olmalı və bu yolla onlardan ruslara gələn təhlükələr azaldılmalıdır.

İtkiləri ört-basdır etmək üçün Rusiya Müdafiə Nazirliyi və mətbuatı "Qafqazdan olan insanların əksəriyyətinin böyük, vahid ölkə, tarixi Rusiya uğrunda mübarizə apardığını, özlərini çoxmillətli, çoxmədəniyyətli, çoxdinli tarixi sivilizasiyanın üzvi bir hissəsi hesab etdiyi" iddiasını irəli sürürlər. Bu məqsədlə etnik xalqların nümayəndələrindən ibarət yaradılan qondarma, üzdəniraq qurumlardan istifadə edirlər.

Məsələn, Federal Ləzgi Milli və Mədəni Muxtariyyətinin saytında müharibə haqqında deyilir: "Bizim taleyimiz - ləzgi xalqının taleyi - Rusiya ilə bağlıdır. Gələcəkdə bizə yalnız Rusiya kömək edə bilər. Başqa heç kim. Və Rusiyanın məhvi bizim məhvimizdir. NATO və ya Qərbin xalqlarımızdan heç birinə ehtiyacı yoxdur. Bizim rus xalqından başqa taleyimiz yoxdur. Hamımız eyni qoşundayıq. Əgər eyni qoşunda olan hər kəs geri çəkilirsə, yerində dayanırsa və ya hər hansı bir şəkildə yarışa mane olursa, deməli, ilk növbədə özünə zərər verir. Rusiyaya qarşı hansı tarixi şikayətlərimiz olursa olsun, bütün bunlardan üstün olmalıyıq! Zehnimizi keçmişin neqativliyindən azad etməliyik. Tarixi yaddaş neqativlikdən tamamilə fərqli bir şeydir. Biz özümüzü mənfi emosiyalardan və keçmişin yükündən qurtulmalıyıq ki, zehnimiz təmizlənsin, soyuq, aydın bir səbəblə müharibədən sonra, Rusiyanın faşizm üzərində danılmaz (!) qələbəsindən və bütün dünya üzərində vahid hegemonun diktəsindən sonra necə yaşayağımıza dair yeni bir strategiya hazırlaya bilək."

Əslində bu cəfəngiyyatdan başqa bir şey deyil və bunun arxasında Rusiyadan alınan sifariş dayanır. Necə deyərlər ləzgi cəmiyyəti öz soydaşlarına qarşı soyqırımında iştirak edir.

Etnik azlıqlar arasında itkilərlə bağlı narazılığı aradan qaldırmaq məqsədi ilə Rusiya Xüsusi Xidmət orqanları onlara təzyiqlər edilir, hər hansı etiraza görə həbs edilərək həbsxanalara göndərirlər. Qeyri-rəsmi araşdırmalara görə, rus millətindən olanlarla müqayisədə Dağıstandaki etnik azlıqlar arasında cəbhədə həlak olanların sayı onlarla dəfə çoxdur. Bununla bağlı Minval.az-ın yazdığına görə, Dağıstan ölkədə mütləq itkilərə görə birinci, əhaliyə görə isə ikinci yerdədir. Ümumiyyətlə qeyd etdiyimiz kimi, həlak olan etnik azlıqların saylarına görə, Dağıstandan sonrakı yerlərdə Buryatiya, Şimali Osetiya, Krasnodar və Stavropol diyarları gəlir.

Yenə də Dağıstanın sapı özündən olan "baltaları", o cümlədən yuxarıda adını çəkdiyimiz Federal Ləzgi Milli və Mədəni Muxtariyyəti rəhbərliyi əhalinin itkilərlə bağlı narazılığına imkan verməmək üçün yazırlar ki, "Ləzgi xalqının taleyinin asılı olduğu ölkəyə qarşı çıxmağa mənəvi haqqımız yoxdur - istər çıxışlarda, istər şərhlərdə, istərsə də hərəkətlərdə." Bunun üçün qurum təklif edir ki, ləzgilər Rusiya-Qafqaz müharibəsini, Qafqazın yerli xalqlarının repressiyalarını, zülmünü və deportasiyasını unutsunlar.

Bu da ağır nəticələrə gətirib çıxarıb. Belə ki, müharibəyə aparıan hər 100 dağıstanldan 80-85- cəbhədə həlak olur, sağ qaalan 10-12 nəfər isə əlil kimi qayıdır.

Hətta Dağıstan İnsan Hüquqları Komissarının səhifəsində "Səfərbərlik Dağıstan xalqlarının soyqırımıdır" adlı məqalə də dərc olunmuşdu. Amma Rusiya Xüsusi Xidmət orqanlarının təzyiqiq nəticəsində bu məqalə sonralar səhifədən çıxarıldı.

Rusiyanın bütün yerlərində etnik azlıqlar soyqırımına məruz qalırlar. Məsələni araşdıran hərbi politoloq Aleksandr Kovalenko yazır: "Ukraynanın tammiqyaslı işğalından əvvəl Xabarovsk diyarının əhalisi 1,29 milyon idi ki, onlardan 21.129-u yerli xalqlar idi: Nanai, Negidal, Nivx, Oroç, Udege, Ulçi, Evenki və Even. Bu arada, bölgədə səfərbərlik işləri elə aparılmışdı ki, hər 10.000 sakinə 34 rus səfərbər olunmuşdu, yerli etnik əhali arasında isə bu göstərici hər 10.000 sakinə 95 idi".

Kovalenkonun araşdırmasına görə, Ukraynada müharibədə ən çox ölüm halı Başqırdıstan və Tatarıstanda qeydə alınıb. Hətta Buryatiya, Saxa Respublikası, Altay diyarı və Tuva da bu göstəricidə onlardan geri qalır. Təbii ki, bunun da nəticəsində etnik azlıqlar arasında cəbhədə ölənlərin və "itkin düşənlərin" də sayları ruslarla müqayisədə onlarla dəfə yüksəkdir.. Bütün bunlar da rusların müharibədən istifadə edərək etnik azlıqların soyqırımlarını həyata keçirdiyini bir daha təsdiq edir.

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 14 Yanvar 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see209

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see179

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see157

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see150

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see145

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see144

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see140

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see140

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see138

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see134

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see132

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see132

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see131

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri