Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiya Federasiyasının Dağıstan muxtar respublikasının üç rayonunun 24 yaşayış məntəqəsində, eləcə də qismən İzberbaş şəhərində elektrik enerjisi kəsilib.
"Report"un Rusiya mediasına istinadən məlumatına görə, bu barədə bazar günü Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin Mətbuat xidməti xəbər verib.
"Elektrik enerjisi kəsintiləri üç rayonda və qismən İzberbaş şəhərində qeydə alınıb. Enerjinin kəsintisi Unsukulski, Xunzaxski və Tsumadinski rayonlarının 24 yaşayış məntəqəsinə, eləcə də 32 904 nəfər əhalisi olan bir şəhər rayonuna təsir edib", - açıqlamada bildirilir.
Fəsadların aradan qaldırılması üçün 15 mütəxəssis və beş texnikanın cəlb olunduğu bildirilir. İstehlakçılara axşama qədər elektrik enerjisinin verilişinin bərpa olunacağı planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:373
Bu xəbər 30 Avqust 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















