Icma.az
close
up
RU
Dağıstanın keçmiş dövlət katibinin qohumu Mahmud Əmirəliyev nəyə görə saxlanılıb?

Dağıstanın keçmiş dövlət katibinin qohumu Mahmud Əmirəliyev nəyə görə saxlanılıb?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Dağıstanın (Rusiya Federasiyası) hüquq-mühafizə orqanları Qarabudaqkənd rayonunun başçısı Mahmud Əmirəliyevi irimiqyaslı dələduzluqda şübhəli bilərək saxlayıblar. İstintaq Komitəsi məmura Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə ittiham irəli sürüb.

Oxu.Az-ın RBK-ya istinadən məlumatına görə, bu barədə respublika üzrə İstintaq Komitəsinin İstintaq İdarəsi məlumat yayıb.

Bildirilir ki, Əmirəliyev sosial əhəmiyyətli layihənin həyata keçirilməsi zamanı cinayətkar sxem təşkil edib. O, kommersiya təşkilatının direktoruna Qubden və Qurbuki kəndləri üçün su kəmərinin tikintisi üzrə müqavilə bağlamağı təklif edib, bu şərtlə ki, işlərin dəyərinin 20%-i ona ötürülsün. Bu fırıldaqçılıq nəticəsində büdcədən 56 milyon rubldan çox (1.2 milyon manat - red.) mənimsənilib.

"Yaxın vaxtlarda istintaq məhkəməyə qətimkan tədbiri seçilməsi barədə vəsatətlə müraciət edəcək. Cinayət işi üzrə sübut bazasının möhkəmləndirilməsinə yönəlmiş istintaq hərəkətləri aparılır", - İstintaq Komitəsinin rəsmi məlumatında deyilir.

Mahmud Əmirəliyev 2015-ci ildən Qarabudaqkənd rayonuna rəhbərlik edir. 2020-ci ildə o, yerli deputatların dəstəyi ilə bu vəzifəyə yenidən seçilib. Onun rəhbərliyi dövründə rayonda su kəmərlərinin və yolların tikintisi də daxil olmaqla bir neçə iri infrastruktur layihəsi həyata keçirilib.

Diqqətəlayiq haldır ki, Əmirəliyevin saxlanılması respublikada korrupsiya sxemlərinin daha genişmiqyaslı araşdırılması ilə bağlı ola bilər. TASS-ın məlumatına görə, Əmirəliyev iyun ayının sonundan bəri mənimsəmə işi ilə bağlı şəhəri tərk etməmək barədə iltizam altında olan Dağıstanın keçmiş dövlət katibi Maqomedsultan Maqomedovun qohumudur. Maqomedovun işi "Daqneftprodukt" ASC-nin özəlləşdirilməsi və "MSB-Holdinq" şirkətinin fəaliyyəti ilə bağlıdır.

Bu yaxınlarda Mahaçqalanın Sovet Rayon Məhkəməsi Baş Prokurorluğun Maqomedov və onun qohumlarına qarşı iddiasını təmin edərək, "Kaspetrolservis" neft terminalını (əvvəlki "Daqneftprodukt" ASC) və digər əmlakı dövlətin xeyrinə müsadirə edib. Prokurorluq müəyyən edib ki, bu aktivlər "korrupsiyanın qarşısının alınmasına yönəlmiş tələb və qadağaların pozulması nəticəsində" əldə edilib.

İyulun 1-də Dağıstan başçısının administrasiyası Maqomedovun respublikanın dövlət katibi vəzifəsindən azad edilməsi barədə rəsmi məlumat yayıb. Vəziyyətlə tanış olan federal məmurun sözlərinə görə, Maqomedov Dağıstanın ən nüfuzlu adamlarından biri hesab olunurdu və hüquq-mühafizə orqanları bir neçə ildi ki, ona qarşı iddialar üzrə işləyirdilər.

16:46

Rusiyanın təhlükəsizlik orqanları Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyevi saxlayıblar.

Oxu.Az-ın məlumatına görə, bu barədə TASS agentliyi Rusiya təhlükəsizlik orqanlarına istinadən məlumat verib.

Qeyd olunur ki, Mahmud Əmirəliyev bir neçə gün əvvəl saxlanılan Dağıstan Respublikasının dövlət katibi Maqomedsultan Maqomedovun yaxın qohumudur.

Xatırladaq ki, Maqomedsultan Maqomedov iyunun 25-də Rusiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı. O, dövlət əmlakını qanunsuz özəlləşdirmə faktı əsasında saxlanılıb. M.Maqomedov 2021-ci ildə Dağıstanın dövlət katibi vəzifəsində işləyirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyul 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri