Dağlıq rayonlarda şagirdlərin sayı azalır Komitə sədri
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Təhsil Tələbə Krediti Fondu ehtiyacı olan hər bir tələbəyə kredit vermək üçün müəyyən dəyişikliklər etməlidir.
Modern.az xəbər verir ki, bunu Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat həmçinin qeyd edib ki, hər il dağlıq rayonlarda şagirdlərin sayı azalır. Ailələr müxtəlif səbəblərdən kəndləri tərk edir. Bununla bağlı köklü qərarların qəbuluna ehtiyac var.
“Pedoqoji təhsilli gənclərin kənd və rayonlarına göndərilməsinə mane olan səbəblər tamamilə aradan qaldırılmalıdır.
Müəllimlərin sertifikasiyası müəllim nüfuzunun artırılması, savadlı müəllim probleminin həlli üçün vacibdir. Bu istiqamətdə şəffaflığın artırılmasına daha çox ehtiyac var.
Hər il kifayət qədər məktəb və bağça tikilir, təmir olunur. Bu istiqamətdə büdcənin artırılmasına ehtiyac var” – deyə komitə sədri təkliflərini də bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 19 Noyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















