Icma.az
close
up
RU
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 avqust, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) KOB subyektlərindən “Startap” şəhadətnaməsinin verilməsi üçün müraciətlər daxil olmaqda davam edir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclasında daha 16 layihəyə baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 292-yə çatıb.

“Startap” şəhadətnamələri “İnvitation Group” MMC-nin tədbirlərin planlaşdırılması, dəvətlərin idarə olunması və iştirakçı koordinasiyasını təmin edən rəqəmsal xidmət, “Rekrio” MMC-nin işə qəbul prosesini, müsahibələr də daxil olmaqla avtomatlaşdıran süni intellekt agent platforması, “GRC Lab” MMC-nin korporativ idarəetmə, risklərin idarə olunması və GRC-yə normativ uyğunluq proseslərinin rəqəmsallaşdırılmasını təmin edən platforması, “Aİ Development” MMC-nin şəhərdə nəqliyyat hərəkətinin təhlili və monitorinqini həyata keçirən süni intellekt əsaslı analitika platforması, “Yolutap” MMC-nin şagird və gənclərin peşəyönümü, qabiliyyətlərinin qiymətləndirilməsi və karyera planlaşdırılmasını dəstəkləyən rəqəmsal platformasına verilib. Həmçinin fiziki şəxslər Elmir Yunusovun süni intellekt əsaslı fərdi təhsil və peşə istiqamətləndirilməsini təmin edən rəqəmsal platforması, Ələmdar Manafovun istifadəçilərin gündəlik planlaşdırma, məqsəd idarəetməsi və məhsuldarlığının artırılmasına xidmət edən mobil tətbiqi, Mircəlal Məmmədovun satış, anbar, CRM (müştərilərlə münasibətlərin idarə olunması) və digər biznes proseslərinin idarə olunmasını təmin edən rəqəmsal platforması, Aqil Qumuxovun iş elanları üçün rəqəmsal platforması və Mehrac Abdurahmanlının iş elanına uyğunlaşdırılmış CV hazırlığı platforması layihələrinə də “Startap” şəhadətnamələri təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Avqust 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri