Icma.az
close
up
RU
Daha 10 qanuna əlavələr olunub Dəyişiklik

Daha 10 qanuna əlavələr olunub Dəyişiklik

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Vergi Məcəlləsində və digər 10 qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib.

Mia.az xəbər verir ki, həmin qanunlar “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlardır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 28 fevral 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı"nın 8.4.1-ci yarımbəndində benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması üçün normativ hüquqi əsasların formalaşdırılması öz əksini tapıb.

Qanun layihəsi Milli Fəaliyyət Planının müvafiq tələbinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Belə ki, qanun layihəsi hazırlanarkən Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 24-cü (hüquqi şəxslərin şəffaflığı və benefisiar mülkiyyətçiləri) və 25-ci (hüquqi təsisatların şəffaflığı və benefisiar mülkiyyətçiləri) Tövsiyələrinə istinad edilib. Həmin Tövsiyələr hüquqi şəxslərin və hüquqi təsisatların öz benefisiar mülkiyyətçilərini müəyyən etməsi, ölkə tərəfindən benefisiar mülkiyyətçilərə dair məlumat bazasının formalaşdırılması, o cümlədən bu prosesdə öhdəlik daşıyan şəxslərin hüquqi şəxs və hüquqi təsisat olan müştərilərinin benefisiar mülkiyyətçiləri barədə məlumatlarından istifadə edilməsi öhdəliyini müəyyən edir.

FATF-In 24-cü Tövsiyəsi benefisiar mülkiyyətçi məlumatlarının əldə oluna bilməsi üçün 3 fərqli mexanizmi nəzərdə tutur. Bu mexanizmlərdən biri, yəni öhdəlik daşıyan şəxslər tərəfindən müvafiq məlumatların əldə edilməsi tələbi "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda təsbit olunsa da, digər iki mexanizm qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmayıb.

Bunlar hüquqi şəxslərin özləri tərəfindən benefisiar mülkiyyətçi məlumatlarının reyestrinin aparılması, hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində benefisiar mülkiyyətçilərin müəyyən edilərək reyestrin formalaşdırılması mexanizmləridir. Bu mexanizmlərin qanunvericilikdə təsbit edilməsi ilə qeyd edilən beynəlxalq standartların qanunvericiliyə implementasiyası həyata keçiriləcək.

Beləliklə, qeyd olunanlar nəzərə alınmaqla, qanun layihəsi aşağıda göstərilən məsələlərə dair hüquqi mexanizmlərin yardılmasını nəzərdə tutur:

- hüquqi şəxslərin dövlət qeydiyyatı mərhələsində yaradılacaq hüquqi şəxsin benefisiar mülkiyyətçisinə (mülkiyyətçilərinə) dair məlumat və sənədlərin təsisçilər tərəfindən səlahiyyətli dövlət orqanına təqdim edilməsi;

- maliyyə institutlarının lisenziyalaşdırılması mərhələsində təsisçi xarici hüquqi təsisat olarsa, bu barədə məlumatların səlahiyyətli dövlətorqanına təqdim edilməsi;

- təqdim edilmiş məlumat və sənədlərin benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasına daxil edilməsi;

- benefisiar mülkiyyətçilərin reyestrinə daxil edilmiş məlumatların həqiqiliyinin maliyyə monitorinqi orqanı tərəfindən yoxlanılması.

Layihənin qəbul edilməsi ilə hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinə dair dürüst, dəqiq, yenilənmiş məlumatları əks etdirən mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılması təmin ediləcəkdir, bu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin artmasına xidmət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Aprel 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri