Daha 2577 məhkumu əfv etdi
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
İranın Ali Lideri Müctəba Xamenei 2577 məhkumun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi barədə müraciəti müsbət cavablandırıb.
Milli.Az "Pars Today" nəşrinə istinadən xəbər verir ki, qərar Məhəmməd peyğəmbərin və imam Cəfər Sadiqin mövlud günü münasibətilə qəbul edilib.
Ali Lider ölkənin məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ejeinin əfvlə bağlı rəsmi müraciətini təmin etdikdən sonra müvafiq sərəncam imzalanıb. Bildirilir ki, bu sərəncam ümumi və inqilabi məhkəmələr, eləcə də hərbi və penitensiar ədalət mühakiməsi tərəfindən məhkum edilmiş şəxslərə şamil olunur.
Xatırladaq ki, Müctəba Xamenei iyunun əvvəlində müxtəlif cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 min vətəndaşın əfv olunması barədə fərman imzalamışdı.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:54
Bu xəbər 01 Sentyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















