Daha 300 peşə və kvalifikasiya standartı hazırlanıb
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əmək bazarında prioritet peşələr üzrə peşə və kvalifikasiya standartlarının hazırlanması işlərini davam etdirir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cari il ərzində daha 300 peşə və kvalifikasiya standartı hazırlanıb.Bu standartlar işçinin müvafiq peşə və ixtisas üzrə yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur.
Onlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.
Yeni hazırlanmış standartlar Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə daxil edilib və hazırda reyestrdə 1600-dən çox standart mövcuddur.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 26 Dekabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















