Daha 40 il yaşayacağam 90 yaşlı Dalay Lama FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Minlərlə tibetli rahib özlərinin ruhani lideri XIV Dalay Lamanın 90 illik yubileyini qeyd etmək üçün Hindistanın Himalay dağlarında Dharamsala şəhərinə yığışıb.
Milli.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Dünyanın aparıcı sülh müdafiəçisinin şərəfinə keçirilən mərasimdə Dalay Lamanın davamçıları, o cümlədən Hollivud aktyoru Riçard Gir iştirak edib.
İyulun 5-də keçirilən mərasimdə Dalay Lama izləyicilərini əla fiziki vəziyyətdə olduğuna əmin edib və daha 40 il yaşayacağını bildirib.
Bu həftə Dalay Lama 600 illik ənənənin onun ölümü ilə sona çata biləcəyi ilə bağlı fərziyyələrə son qoyub. Tibetin ruhani lideri Çinin etirazlarına baxmayaraq, tezliklə yeni liderin meydana çıxacağını və reinkarnasiya ənənəsinin davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, Tibet ənənəsinə görə, böyük Buddist rahibin ruhu öldükdən sonra uşağın yeni doğulmuş bədənində reinkarnasiya olunur.
1959-cu ildə Çindən qaçdıqdan sonra sürgündə olan Dalay Lama iddia edir ki, onun reinkarnasiyası "azad dünyada" - yəni Çindən kənarda baş verəcək. /Oxu.Az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 03 Avqust 2025 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















