Icma.az
close
up
RU
Daha 53 nəfər barəsində saxlanılma qərarı verildi

Daha 53 nəfər barəsində saxlanılma qərarı verildi

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Ədliyyə naziri Akın Gürlek 2023-cü ildə baş verən zəlzələlərdən sonra Ahbap Dərnəyi vasitəsilə toplanan ianələrlə bağlı istintaq çərçivəsində 5-ci dalğa əməliyyatının başladıldığını açıqlayıb.

Axşam.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə İstanbul mərkəzli olmaqla 20 vilayətdə keçirilən əməliyyat zamanı 53 şübhəli barəsində saxlanılma qərarı verilib.

İstintaq çərçivəsində 6 fevral-31 dekabr 2023-cü il tarixləri arasında zəlzələdən zərərçəkənlər üçün ümumilikdə 4,3 milyard lirə (151 milyon manat) ianə toplandığı müəyyənləşdirilib. Bu vəsaitin 4,2 milyard lirəsinin xərcləndiyi, 950 milyon lirənin isə nağd şəkildə çıxarıldığı bildirilib. Nağd pul çıxarışlarından birinin məbləğinin 500 milyon lirə olduğu açıqlanıb.

Araşdırmalarda həmçinin 36 şirkətə ümumilikdə 1 milyard 757 milyon 547 min 770 lirə köçürüldüyü müəyyən edilib. Bəzi yüksək məbləğli ödənişlərin qarşılığında mal və ya xidmət alınmadığı, yardım daşınmasından şəxsi mənfəət əldə edildiyi və bəzi yardımların dövlət qurumlarına sənədlərdə göstəriləndən daha az çatdırıldığı iddia olunub.

İzmitdəki anbarlarda isə zəlzələdən zərərçəkənlər üçün alınmış yüzlərlə çadır, əlil arabası, elektrikli velosiped, dəftərxana ləvazimatları və digər yardım materiallarının istifadə edilmədən saxlanıldığı ortaya çıxıb.

Sözügedən yardım materiallarının ehtiyacı olan şəxslərə çatdırılması üçün müvafiq tədbirlərin başladıldığı bildirilib.

Qeyd edək ki, Ahbap Dərnəyinin qurucusu müğənni Haluk Leventdir. O, bir müddət əvvəl həbs olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://axsam.az
archiveBu xəbər 08 Sentyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri