Daha 55 maşın hərraca çıxarılıb
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyulun 15-də dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.
Mia.az xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 340 995 manat olan 55 nəqliyyat vasitəsi çıxarılacaq.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Azərbaycanda daha 55 avtomobil hərraca çıxarılır
27 May 2025 05:14
“Azərsığorta”nın maşınları hərraca çıxarılıb
10 Dekabr 2024 14:22
Bağlanmış bankların əmlakları hərraca çıxarılıb
18 Aprel 2025 11:29
Betmobil in bənzəri hərraca çıxarılıb
07 May 2025 07:43
Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
08 May 2025 17:43

