Icma.az
close
up
RU
Daha 7 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olundu

Daha 7 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olundu

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Martın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildiriblər ki, komitə sədri Əli Hüseynli gündəliyə 7 məsələnin daxil edildiyini bildirib.

İlk növbədə, “Mediasiya haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunub.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov məsələ ilə bağlı məlumat verib. Qeyd edilib ki, qanun layihəsində etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlılığının artırılmasına xüsusi diqqət yetirilib. Layihədə mediasiyanın nüfuzunun və effektivliyinin artırılması, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərin sertifikatlarının qüvvədə olma müddətinin müəyyən edilməsi də nəzərdə tutulub.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev gündəliyin ikinci məsələsi – Ailə Məcəlləsində, Mülki Məcəllədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) dair məlumat verib.

Bildirilib ki, dəyişiklik təklif olunan qanun layihələrində uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilməsi nəzərdə tutulub. Bundan başqa, qəyyumluq və himayəçilik orqanlarının qərarlarının bir iş günü ərzində Elektron Hökumət İnformasiya Sisteminə daxil edilərək onların fəaliyyətinin daha operativ həyata keçirilməsi planlaşdırılıb.

Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kəmalə Paşayeva gündəliyin üçüncü məsələsi – İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib.

Məlumat verilib ki, qanun layihəsi məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində aparılan ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi məqsədilə hazırlanıb.

Sonra gündəliyin digər 4 məsələsi – “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Feldyeger rabitəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri nəzərdən keçirilib.

Qanun layihələrinin müzakirəsində komitənin sədr müavini Elşən Musayev, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev çıxış ediblər.

Onlayn iclasda təqdim edilən qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 03 Mart 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri