Icma.az
close
up
RU
“Daha az maaşla yeni müqavilə təklif etdilər”

“Daha az maaşla yeni müqavilə təklif etdilər”

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Füzuli Məmmədov ötən mövsüm sonuncu pillədə qəbul etdiyi “Mingəçevir” ilə az qala inanılmazı bacardı.

Baş məşqçi “nur şəhəri”nin təmsilçisini 4-cü pilləyə daşıdı. Əlbəttə, mövsümü ilk üç pillədə başa vuran “Qəbələ”, “İmişli” və “Karvan”a çatması inandırıcı deyildi.
Bu arada “Azerbaijan Sport Talents Academy” də kluba sponsorluğu boynuna götürdü. Məntiqlə işlər yoluna düşməli, “Mingəçevir” artıq elitaya vəsiqə qazanmağın planlarını cızmalıydı. Ancaq mövsümlərarası fasilədə bu klubla bağlı heç bir xoş xəbər yoxdu.
Hə, bir yarımçıq xəbər var, deyilənə görə, klubun adı “ASTA Mingəçevir” FK yox, “ASTA Mingəçevir” İK olacaq. Yəni klubun nəzdində başqa idman növləri üzrə bölmələr də fəaliyyət göstərəcək. “Mingəçevir” ötən həftə baş məşqçi Füzuli Məmmədovla yolları ayırdığını rəsmən açıqlamadan artıq Ramiz Məmmədovu “sükan arxasına” gətirdiyini açıqladı.
Biz isə Füzuli bəylə əlaqə saxlayıb, ayrılığın detallarını öyrənməyə çalışdıq:

“Çempionat qutarandan sonra mənə dedilər ki, maliyyə sıxıntımız var. Amma getməklə bağlı bir şey deməmişdilər. Klub mənə bildirmişdi ki, yeni sponsor maliyyəni azaldır. Maaşın azaldılmasını istədilər. Həm futbolçuların, həm də məşqçilər heyətinin. Gedəcəyimi bilmirdim. Söz-söhbət gəzəndə mən elə bilirdim ki, komandada qalacam. Müqaviləmin müddəti davam edirdi. Klub mənə daha az maaşla yeni müqavilə təklif etdi, mən də razılaşmadım, müqaviləyə də qarşılıqlı şəkildə xitam verdik. Əlbəttə, kompensasiya aldım. Hələ ki “Mingəçevir”dən getməyim yenicə rəsmiləşib. Hansısa təklif yoxdu”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 İyul 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri