Daha beş yeniyetmə cüdoçumuz dünya çempionatında çıxış edəcək
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Azərbaycanın daha beş yeniyetmə cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bu gün çıxış edəcək.
Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, qızlardan Leyla Ələkbərova 1/32 finalda Xongorzul Ariunzoriglə (Monqolustan), Nərmin Ağamirzəzadə (hər ikisi 48 kq) 1/16 finalda Selin İddirlə (Fransa), Aysun Məmmədova (52 kq) isə 1/32 finalda Culiya Bonzano (İtaliya) ilə üz-üzə gələcək.
Oğlanlardan Röyal Qayıbov 1/32 finalda Raffaele Sodano (İtaliya) ilə, Zeyd Ələsgərov (hər ikisi 60 kq) Aleksandros Polixronidis (Yunanıstan) / Kristian Butuçi (Xorvatiya) cütünün qalibi ilə güləşəcək.
Qeyd edək ki, ötən gün Azərbaycanın altı cüdoçusu mübarizəyə qoşulub. Onlardan Anar Quliyev (50 kq) bürünc medal əldə edib.
Turnirdə fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 28 Avqust 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















