Daha bir Avropa ölkəsində kütləvi etirazlar başladı
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Çexiyada hökumətin ictimai yayımçılar olan Çex Televiziyası və Çex Radiosunun maliyyələşdirmə sistemini dəyişdirmək planlarına qarşı etirazlar keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə Çex Televiziyası məlumat yayıb.
Etiraz aksiyaları Praqa, Brno, Liberets və Çeske Budejovice şəhərlərində keçirilib. Etirazların ən izdihamlısı paytaxtda baş verib.
Aksiyanı təşkil edən "Demokratiya üçün Bir Milyon An" vətəndaş təşəbbüsünün liderlərinin sözlərinə görə, etirazlarda təxminən 10.000 nəfər iştirak edib. Brnoda şəhərində keçirilən aksiyada isə təxminən 4.000 nəfər iştirakçı olub. Nümayişlərdə hökumət və onun tərkib hissələri olan partiyalar tənqid olunub. İştirakçılar Çexiya, Avropa Birliyi və Ukrayna bayraqları, eləcə də "Dövlət mediasından əl çəkin" yazısı olan bannerlər tutublar.
Parlament müxalifətindəki liberal partiyalar, mədəniyyət xadimləri və yerli Katolik Kilsəsinin liderləri də Çexiya Televiziyası və Radiosunun maliyyələşdirmə sistemindəki dəyişikliklərə qarşı çıxış ediblər. Bu arada, Baş nazir Andrey Babiş müxalifəti cəmiyyətdə gərginliyi alovlandırmağı dayandırmağa çağırıb.
Qeyd edək ki, oktyabrın 24-də Çexiya Parlamentinin Deputatlar Palatası (aşağı palata) dövlət mediasının maliyyələşdirilməsi haqqında qanuna düzəlişləri birinci oxunuşda qəbul edib.
Etiraz təşkilatçıları 15 noyabr 2026-cı il üçün daha genişmiqyaslı etiraz aksiyası elan ediblər. Aksiya Praqanın şəhər mərkəzinə yaxın yerləşən Letňanské Pole rayonunda keçiriləcək. Çexiya Televiziyası və Çexiya Radiosunun əməkdaşları 3 noyabrda bir günlük tətil keçirməyi planlaşdırırlar.
Anar
Bu mövzuda digər xəbərlər:Afrika ölkəsində kütləvi etirazlar: Prezident paytaxtdan qaçdı
11 Oktyabr 2025 21:26
Daha bir Avropa ölkəsində avtomobil satışı azalıb
03 Yanvar 2025 21:25
Netanyahu daha bir Avropa ölkəsində həbs oluna bilər
22 Dekabr 2024 15:02
Daha bir Avropa ölkəsində benzin qiymətləri əl yandırır
26 Sentyabr 2026 01:04
Daha bir Avropa ölkəsində həyəcan: İran bizi vura bilər
17 Avqust 2025 11:06
Baxış sayı:82
Bu xəbər 26 Oktyabr 2026 01:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















