Daha bir azərbaycanlı Polşa klubunda oynayacaq
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
Daha bir azərbaycanlı futbolçu Polşada çıxış edəcək.
Sportal.az saytına verilən məlumata görə, son olaraq Latviyada “Qrobinya”da oynamış Nazim Məmmədzadə Polşa 3-cü liqasında çıxış edən “Flota” ilə anlaşıb. Artıq Məmmədzadə bu klubla mövsümün sonuna qədər müqavilə imzalayıb.
Həmyerlimiz artıq Polşaya yollanıb və rəsmi müqavilə imzalayıb, sənədləri də federasiyaya göndərilib və qarşıdakı matçlarda meydana çıxa biləcək. Müdafiəçi və yarımmüdafiəçi kimi oynaya bilən 24 yaşlı futbolçu “Renova”(Ş.Makedoniya), “Moralo”, “Marino Luanko”(hər ikisi İspaniya), “Qrobinya”da oynayıb.
Qeyd edək ki, Rahil Məmmədov və Renat Dadaşov "Radomyak"da, Ricat Qarayev isə "Czarni Polaniec"də oynayır.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:Klubunda daha bir il oynayacaq
04 May 2026 11:07
Daha bir azərbaycanlı futbolçu Türkiyə klubunda
19 Avqust 2026 00:15
Azərbaycanlı forvard Gürcüstan klubunda yüksək liqada oynayacaq
27 Yanvar 2026 12:52
Millimizin üzvü Polşa klubunda
19 İyul 2026 10:13
Polşa Prezidentinin təltif etdiyi azərbaycanlı alim daha bir mükafat qazandı Fotolar
29 Sentyabr 2025 15:42
Baxış sayı:133
Bu xəbər 02 Mart 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















