Daha bir beynəlxalq şirkət Dövlət Vergi Xidmətində elektron qaydada vergi uçotuna alınıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 22 aprel, AZƏRTAC
“Sony Interactive Entertainment Network Europe Limited” beynəlxalq şirkəti elektron qaydada Dövlət Vergi Xidmətinin (DVX) portalında vergi uçotuna alınıb.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin Azərbaycanda ƏDV məqsədləri üçün qeydiyyatı aprelin 1-dən qüvvəyə minib.
Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, göstərilən tarixdən etibarən, adıçəkilən şirkət tərəfindən təqdim edilən xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdikləri ödənişlər zamanı banklar ƏDV məbləği hesablamır.
Bundan əvvəl “Apple Distribution International Limited” və “Adobe Systems Software Ireland Limited” şirkətləri də Azərbaycanda ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. DVX bu prosesin davamlı olması üçün müvafiq tədbirlər həyata keçirir. Bu addımlar rəqəmsal xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 22 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















