Daha bir cüdoçumuzdan bürünc medal
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatını davam edir.
525.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulub.
Vüqar Talıbov və Elcan Hacıyev (hər ikisi 90 kq) tatami üzərinə çıxıb.
V.Talıbov 1/32 finalda gürcüstanlı Luka Maysuradze ilə qarşılaşıb və məğlub olub. Bununla da o, turniri mükafatsız başa vurub.
E.Hacıyev isə üçüncü yer uğrunda görüşdə estoniyalı Klen Kristoferə qalib gəlib. Bununla da ikinci bürünc medal yığmanın aktivinə yazılıb.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Cüdoçularımızdan Zelim Tçkayev bürünc medal qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 17 İyun 2025 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















