Daha bir klinika CƏRİMƏLƏNDİ Diplomsuzlar işləyirmiş
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Saatlıda tibb təhsili olmayanları işə götürən müəssisə cərimələnib.
Lent.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi şəhərin Heydər Əliyev prospektində yerləşən klinikada plandankənar yoxlama aparıb.
Yoxlama zamanı qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi və orta ixtisas tibb təhsili olmayan şəxslərin tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilib. Faktla əlaqədar həmin müəsissənin məxsus olduğu MMC barəsində inzibati protokol tərtib olunub.
MMC-nin rəhbəri izahatında bildirib ki, həmin işçilərin ali və orta tibb təhsili olmasa da, müvafiq kurslar keçiblər. Kursları bitirdikləri üçün onların sertifikasiyaya buraxılmırlar. Həmçinin onun sözlərinə görə, kadr olmadığı üçün həmin diplomsuz şəxslər işə götürülərək, tibb fəaliyyətinə cəlb edilib.
Şirkət rəhbəri bütün bunların nəzərə alınmasını və nisbətən yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə klinikanın məxsus olduğu MMC 6 min manat məbləğində cərimələnib.
Qeyd edək ki, dünən də Lənkəranda təhsilsiz şəxsləri işə götürən klinikanın cərimələnməsi barədə xəbər vermişdik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 11 Sentyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















