Icma.az
close
up
RU
Daha bir komanda “Azərişığ”ın təşkil etdiyi yarışların final turunda iştirak edəcək Fotolar

Daha bir komanda “Azərişığ”ın təşkil etdiyi yarışların final turunda iştirak edəcək Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın növbəti regional turu Saatlıda təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə keçirilən yarışda 9-cu finalçı müəyyənləşib.

Saatlı Elektrik Şəbəkəsində (EŞ) təşkil olunan yarışın açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib. Çıxış zamanı bildirilib ki, yarışların keçirilməsi mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirmək məqsədi daşıyır. Eləcə də energetiklər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji sektorunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumatlar əldə edir. Həmçinin mütəxəssislər “Azərişıq” ASC-nin 5 il ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi irimiqyaslı layihələr haqqında informasiyalar qazanırlar.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Şirvan RETSİ üzrə 7 komanda – “Hacıqabul EŞ”, “Kürqırağı EŞS”, “Neftçala EŞ”, “Saatlı EŞ”, “Sabirabad EŞ”, “Salyan EŞ”, “Şirvan EŞ” nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 sual cavablandırıblar.

Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Hər iki mərhələnin nəticələrinə əsasən Şirvan RETSİ üzrə keçirilən regional turun qalibi “Salyan EŞ” olub. Beləliklə, komanda ümumrespublika Peşə Ustalığı Yarışlarının Hadrutda təşkil olunacaq final turunda iştirak edəcək.

Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və

bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri