Daha bir məmur külli miqdarda qızılla tutuldu Bakı aeroportunda əməliyyat VİDEO
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb. Bakupost.az -ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.
Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.
Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.

Aeroportda əməliyyat Məmur külli miqdarda qızılla TUTULDU VİDEO
30 Dekabr 2024 14:03
Daha bir məmur külli miqdarda qızılla tutuldu Bakı aeroportunda əməliyyat VİDEO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
30 Dekabr 2024 21:14
Vəzifəli şəxs Bakı aeroportunda külli miqdarda qızılla tutuldu
30 Dekabr 2024 22:26
Daha bir məmur külli miqdarda qızılla ölkədən çıxarkən tutuldu
30 Dekabr 2024 21:05
Bakı aeroportunda ƏMƏLİYYAT: 2 nəfər tutuldu
30 Dekabr 2024 13:08

