Daha bir ölkə 35 diplomata atəş açılmasını qınadı: Təcili izahat tələb etdik
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Niderland Krallığı İordan çayının qərb sahilinin Cenin şəhərində aralarında özlərinin diplomatının da olduğu nümayəndə heyətinə İsrail əsgərlərinin atəş açması barədə bəyanat yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda bu fakt qınanılıb.
Xarici işlər naziri Kasper Veldkamp bildirib ki, bu hadisə qəuledilməz haldır və qətiyyətlə pislənilir: "Biz bu məsələ ilə bağlı İsraildən təcili izahat tələb etdik. Diplomatlar öz vəzifələrini təhlükəsiz şəkildə yerinə yetirə bilməlidirlər, onların təhdid edilməsi qəbuledilməzdir. Bu hücumdan sonra Fələstindəki nümayəndəmiz və İsraildəki səfirimizlə danışdım. Heyət üzvlərimiz zərər görməyib..."
Xatırladaq ki dünən Cenini ziyarət edən 35 diplomata hatəşə açılıb.
Fələstin xarici işlər nazirinin müavini Əhməd əd-Dik bu fakta beıə münasiubət bildirib: "İsrail bununla xarici diplomatik heyəti qorxutmaq istəyirdi...".
Samir MUSAYEV
MİA.AZ
Baxış sayı:117
Bu xəbər 22 May 2025 07:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















