Icma.az
close
up
RU
Daha bir ölkə dördgünlük iş rejiminə keçir Bəs bizdə?

Daha bir ölkə dördgünlük iş rejiminə keçir Bəs bizdə?

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyada dördgünlük iş həftəsini seçənlərin sayı 2019-cu ildən bəri 200 min nəfərdən çox artıb. “Guardian” xəbər verir ki, Milli Statistika İdarəsi (ONS) 2024-cü ilin oktyabr-dekabr ayları arasında ölkədə 1,4 milyon nəfər tam ştatla dördgünlük iş həftəsində çalışdığını bildirib. 

Bu göstərici pandemiyadan əvvəl, 2019-cu ilin eyni dövründəki 1,29 milyon nəfərlə müqayisədə 100 mindən çoxdur. Həmçinin ötən ilin sonunda əlavə olaraq 100 min nəfər qismən ştatla dördgünlük iş həftəsinə keçib. Bununla da dördgünlük iş rejimində çalışanların ümumi sayı tam və qismən ştat üzrə 2,7 milyona çatıb. Bu, ölkə üzrə işçi qüvvəsinin 10,9 faizini təşkil edir. 2019-cu ildə bu göstərici 9,8 faiz idi.

Mütəxəssislərin fikrincə, dördgünlük iş rejimi işçilərə daha çox istirahət imkanı verir, onların psixoloji sağlamlığını qoruyur, həmçinin iş yerlərində motivasiyanı artıraraq kadrların saxlanılmasına müsbət təsir göstərir. Toyuqlu pizza

Dünya ölkələri iş günlərinin sayının azaldılmasını müzakirə edir. Bəzi ölkələrdə artıq dördgünlük iş həftəsi tətbiq edilir. Dördgünlük iş həftəsinin tətbiqindən sonra iqtisadiyyatında artım qeydə alınan ölkə isə İslandiya olub.

Azərbaycanda hazırda həftəlik iş saatı 40 saatdır. Əmək Məcəlləsinə görə, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Məcəllənin 90-cı maddəsinə əsasən, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq altıgünlük iş həftəsi də müəyyən edilə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox ola bilməz. Həmçinin qanunvericilikdə iş günlərinin sayı 5 və ya 6 gün müəyyənləşsə də, təcrübədə iş günlərinin sayı qarşılıqlı razılaşma ilə müəyyən olunur. Yəni hansısa şirkətlə işçi arasında həftədə 4 iş günü və 3 istirahət gününün olmasına dair müqavilənin bağlanması qanunazidd deyil. 

Bəs Azərbaycanda dördgünlük iş həftəsinə keçilsə, iqtisadiyyatda hansı dəyişiklik baş verər? 

İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a verdiyi açıqlamada Azərbaycanda dördgünlük iş həftəsinə keçidin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, bu məsələ hazırda Azərbaycanın iqtisadi reallıqlarına uyğun deyil: “Azərbaycanda dördgünlük iş həftəsinə keçmək mümkün deyil. Çünki Azərbaycan kasıb ölkədir. Böyük Britaniya dünyanın ən varlı ölkələrindən biridir. Britaniyalılar öz ağılları, zəhmətləri və babalarının onlara qoyduğu miras hesabına bu gün dünyanın ən qabaqcıl ölkə statusunu qazanıb. Azərbaycanda isə iqtisadiyyat yetərincə inkişaf etməyib, insanlar kasıbdır. Rəqabətqabiliyyətli iqtisadiyyatımız yoxdur ki, dördgünlük iş rejiminə keçmək haqqında düşünək. Azərbaycanda insanlar nəinki dördgünlük, heç beşgünlük iş rejimini də bərpa edə bilmirlər. Sahibkarlar çox vaxt işçilərini 6 gün işləməyə məcbur edirlər. Halbuki normal iqtisadiyyat qurulsa, bəlkə də 50 ildən sonra bu məsələ bizdə də aktuallaşa bilər. Amma indiki dövrdə bu, bizim üçün real deyil”.

İqtisadçı qeyd edir ki, Azərbaycanın gəlirlərinin təxminən 90 faizi neft və qazın xammal kimi satışından formalaşır: “Bu da onun emalına yox, birbaşa yerin altından çıxarılıb ixrac edilməsinə əsaslanır. Təəssüf ki, həmin resursların həcmi də azalmaqdadır və gələcək proqnozlar da azalma tendensiyasını göstərir. Könül istərdi ki, neft-qaz gəlirləri çox olsun, o qədər pul olsun ki, başımızı işlətmədən o pullarla rahat yaşayaq. Amma reallıq fərqlidir - bu gəlirlər azalır. Ona görə də biz hələ beşgünlük iş rejiminə şükür etməliyik. Hətta gələcəkdə bəlkə də 6-7 gün işləməyə məcbur qalacağıq. Əhalinin əksəriyyəti artıq 6 gün işləyir, insanlar 5 günlük iş rejiminə belə qayıda bilmirlər. İnsanlar beş gün bir yerdə işləyib layiqli gəlir əldə edə bilmir. Hətta bir çoxları eyni anda 2-3 yerdə işləməyə məcbur olur. Böyük Britaniya nümunəsində isə vəziyyət fərqlidir. Orada insanlar dörd gün işləyir, tam əməkhaqqı alır və bu maaş yüksək həyat səviyyəsi üçün yetərlidir. Azərbaycanı Böyük Britaniya ilə müqayisə etmək isə sadəcə olaraq, qeyri-mümkündür”.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədovun fikrincə, dördgünlük iş həftəsi bəzi Qərb ölkələrində uğurla sınaqdan keçirilir və bu modelin tətbiqi həm işçilər, həm də müəssisələr üçün effektiv nəticələr verir. O bildirir ki, bu eksperimentlər çərçivəsində iş günlərinin azaldılması nə hasilat həcminə, nə də əməkhaqqına mənfi təsir göstərir. “Belə müəssisələrdə əmək məhsuldarlığı o qədər artıb ki, 4 gün ərzində əvvəlki 5-6 günün nəticələrinə çatmaq mümkündür. Nəticədə işçilərin maaşlarında azalma olmur, eyni zamanda istehsal həcmi də aşağı düşmür. Əksinə, müəssisələr dörd gün ərzində işləri tamamlamaqla həm enerji sərfiyyatına, həm də digər xərclərə qənaət edirlər. İşçilər isə daha çox istirahət etmək imkanı qazanırlar ki, bu da onların motivasiyasını artırır”.

Azərbaycan reallığına toxunan hüquqşünas qeyd edib ki, burada dördgünlük iş həftəsinin tətbiqi yalnız özəl sektorun sərbəst qərarı əsasında mümkün ola bilər: “Qanunvericilik özəl müəssisələrə bu rejimi tətbiq etməkdə hər hansı bir məhdudiyyət qoymur. Əgər hər hansı bir şirkət bu modeli tətbiq etmək istəyirsə, sərbəst şəkildə bunu edə bilər. Amma dövlət strukturlarında, büdcə təşkilatlarında bu sistemin tətbiqi real deyil və bunun üçün xüsusi qanun qəbul olunmalıdır”.

O vurğulayıb ki, Azərbaycanda qeyri-formal əmək münasibətlərinin geniş yayılması, iş saatlarının normadan artıq olması və bəzi hallarda əmək müqavilələrinin olmaması bu sahədə əsas problemlərdəndir. Bəzi işçilər gündəlik 8 deyil, 12 saata qədər işləməyə məcbur qalır.

Hüquqşünasın sözlərinə görə, dövlət orqanlarında isə dördgünlük iş rejiminin tətbiqi, ümumiyyətlə, mümkün deyil: “Bu sahələrə idarəetmə orqanları, polis, məhkəmələr, səhiyyə sistemi, təcili tibbi yardım və digər həyati əhəmiyyətli xidmətlər daxildir. Bu kimi strukturlar fasiləsiz, yəni həftənin 7 günü 24 saat fəaliyyət göstərməlidir və onların işini 4 günlə məhdudlaşdırmaq mümkün deyil. Hətta Almaniyada belə bu model yalnız bəzi sahələrdə eksperiment xarakteri daşıyır”.

S.Məmmədovun qənaətincə, əgər Azərbaycanda hər hansı bir özəl şirkət bu modeli tətbiq etmək istəsə, qanun buna icazə verir. Lakin dövlət qurumlarında belə bir dəyişikliyin baş verməsi üçün qanunvericilikdə əsaslı dəyişikliklər olmalıdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Avqust 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri