Daha bir ölkə Fələstini tanıyacaq
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropada Fələstin məsələsi ilə bağlı diplomatik hərəkətlilik sürətlənir.
Globalinfo.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer İsrail tərəfindən konkret və konstruktiv addımlar atılmadığı təqdirdə sentyabr ayında Böyük Britaniyanın Fələstin Dövlətini rəsmən tanıyacağını bəyan edib.
“İsrail öz öhdəliklərinə əməl etmədiyi halda, biz bu tanınmanı sentyabrda həyata keçirəcəyik”, – deyə Starmer bildirib.
Bu bəyanat Britaniya parlamentində Fələstinin tanınmasına dair artan təzyiqlərin fonunda səslənib. Parlament üzvləri Baş naziri passiv mövqedə qalmaqda ittiham edərək onun daha açıq mövqe sərgiləməsini tələb ediblər.
Digər tərəfdən Fransa Prezidenti Emmanuel Makron da Fələstin Dövlətinin tanınmasına dair qərarını açıqlayıb. O, bu barədə rəsmi bəyanatın sentyabr ayında BMT Baş Assambleyasında veriləcəyini bildirib.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 29 İyul 2025 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















