Daha bir ölkə Trampı qəzəbləndirdi: Gömrük tarifi 50 faiz qaldırılacaq, üstəlik...
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp qanunsuz miqrantları deport etdirdiyi daha bir ölkədən rədd cavabı alıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Meksikadan sonra Kolumbiya da ABŞ-ın təyyarələrlə göndərdiyi qanunsuz miqrantları qəbul etməkdın imtina edib.
Kolumbiya prezidenti Qustavo Petro bildirib ki, ölkəsi Donald Tramp tərəfindən deportasiya edilən mühacirləri daşıyan heç bir təyyarəni qəbul etmək niyyətində deyil.
Xəbərə görə, bundan sonra miqrant dolu təyyarələr ABŞ-a geri uçmalı olub.
Kolumbiyanın bu qərarından sonra Tramp qəzəbli bəyanat verib: "Kolumbiyaya bizdən sərt cavablar alacaq. Onlara bir həftə ərzində gömrük tariflərini 50 faizə artıracağıq. Üstəlik, Kolumbiyanın maliyyə və bank sektoruna ağır sanksiyalar tətbiq edəcəyik. Bundan başqa, Kolumbiya hökumət rəsmilərinin vizaları ləğv olunacaq"
Samir Musayev
MİA.AZ
Baxış sayı:83
Bu xəbər 27 Yanvar 2025 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















