Icma.az
close
up
RU
Daha bir ölkədə “Vyetnam sindromu” başlayıb? Azərbaycanlılar hədəfdə

Daha bir ölkədə “Vyetnam sindromu” başlayıb? Azərbaycanlılar hədəfdə

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynada azərbaycanlı ata və oğulun güllələnməsi geniş rezonans doğurub. Cinayəti törədən keçmiş hərbçinin rus dilində danışdığı da iddia edilir. Hətta bildirilir ki, onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olması və bu qətli dövlətlər, xalqlar arasında nifaq yaratmaq məqsədilə həyata keçirməsi mümkündür.

Ukraynada “Vyetnam sindromu” başlayıb? Niyə məhz azərbaycanlılar hədəf seçilir?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, hadisə yeni baş verdiyi üçün indidən qəti fikir bildirmək düzgün deyil:

“Ukraynada əhalinin böyük hissəsi rus dilində danışır. Bu baxımdan qətli törədən şəxsin Rusiya xüsusi xidmət orqanlarına bağlı olmasını demək əsassızdır. Əgər belə bir əlaqə olsaydı, həmin şəxs şübhə doğurmamaq üçün danışmaqdan çəkinərdi. Digər tərəfdən, Kiyevdə Rusiya xüsusi xidmət orqanlarının ictimaiyyətin tanımadığı şəxsi oğlu ilə birlikdə gülləməsi məntiqli görünmür. Əgər hədəf siyasi və ya hərbi baxımdan bilinən bir şəxs olsaydı, bu, dərhal diqqət çəkərdi. Bu səbəbdən, hadisənin məişət və ya iqtisadi maraqlar zəminində baş verməsi daha inandırıcıdır”.

Həmçinin oxuyun:

Putinin Bakıya qarşı “keçəllər” taktikası – Azərbaycanlılara hücumun SİRLƏRİ AÇILIR

Vəli Əlibəyov

Politoloq qeyd edib ki, hazırda Ukraynada “Vyetnam sindromu” kimi bir hal müşahidə olunmur:

“Bu sindrom adətən müharibədən sonra hərbçilərin cəmiyyətə qayıdaraq sosial gərginlik yaratması ilə bağlıdır. Ukraynada belə bir proses getmədiyi üçün hadisəni bununla əlaqələndirmək düzgün deyil. Ən doğru yanaşma cinayət işinin araşdırılmasını gözləmək və nəticələrə əsasən fikir bildirməkdir. Rusiyanı həddindən artıq güclü göstərmək, belə hadisələri Kremlə bağlamaq da obyektiv sayılmır”.

Qeyd edək ki, avqustun 31-də Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində azərbaycanlı ata və oğlun güllələnib. Son məlumata görə, hadisəni törədən şəxs 1973-cü il təvəllüdlü, Ukrayna vətəndaşı İvanenko Oleksandr Volodimiroviçdir. Belə ki, keçmiş hərbçi olduğu bildirilən şəxs İsmayıl Rəhimov və atası Fərmana yaxınlaşaraq onlara atəş açıb. Nəticədə 28 yaşlı İsmayıl hadisə yerində ölüb, atası isə xəsarət alıb. Həmin şəxsə qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri