Daha bir ölkədən İsrailə qadağa: Fələstinə dəstək güclənir
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hollandiya Fələstində İsrailin işğal etdiyi ərazilərdən idxalı “mümkün qədər tez” qadağan etməyə hazırlaşır.
Turkustan.az xəbər verir ki, Hollandiyada müvəqqəti hökumətin yeni xarici işlər naziri David van Weel Nümayəndələr Palatasında keçirilən sessiyada işğal olunmuş ərazilərdən məhsulların milli idxalına qoyulan qadağanın ən qısa zamanda həyata keçiriləcəyini bəyan edib.
Van Uil parlamentdəki əksəriyyətin tələb etdiyi, işğal olunmuş Fələstin torpaqları ilə ticarəti qadağan edən qanunun qüvvəyə minməsinin uzun zaman alacağını bildirib.
Van Uil, idxal qadağasının mövcud sanksiya qanunvericiliyi ilə ən sürətli şəkildə həyata keçirilə biləcəyini ifadə edərək, “Ümumi İnzibati Qərar” üçün hazırlıqlara başlanıldığını açıqlayıb.
Hollandiyada “Ümumi İnzibati Qərar” hökumət tərəfindən qanuna əsaslanan və ölkənin hüquq sistemində ümumi qüvvəyə malik olan inzibati reqlament deməkdir.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:27
Bu xəbər 11 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















