Daha bir ölkədən Trampın çağırışına rədd cavabı
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı çağırışını rədd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
“Böyük Britaniyanın Baş naziri Kir Starmer Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib”, – deyə nəşr yazıb.
Britaniyanın Enerji Katibi Ed Miliband bildirib ki, London boğazda naviqasiyanı bərpa etmək üçün mümkün tədbirləri fəal şəkildə araşdırır, lakin hər hansı konkret öhdəlik götürməkdən imtina edib.
Məlumata görə, Britaniya hökuməti mina ovlayan dronlar göndərməyi nəzərdən keçirir, lakin hərbi gəmilər göndərməyə hazır deyil.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və Yaxın Şərqdəki vəziyyətdən təsirlənən digər ölkələri Hörmüz boğazına gəmilər göndərməyə çağırmışdı. Yaponiya sözügedən təklifi qəbul edə bilməyəcəyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 16 Mart 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















