Daha bir piyada keçidinin inşası yekunlaşmaq üzrədir FOTOLAR
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha bir ərazidə - Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yerüstü piyada keçidinin inşasını yekunlaşdırmaq üzrədir.
"Cebheinfo.az" agentliyə istinadən xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3,5, pilləkənlərin eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.
İki giriş-çıxışdan ibarət olan keçiddə müasir lift sistemləri quraşdırılır, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı qurulur. Layihə çərçivəsində yaxın günlərdə keçiddə təhlükəsizlik kameralarının quraşdırılması da nəzərdə tutulub.
Yeni yerüstü piyada keçidinin ətrafında artıq abadlaşdırılma işləri görülüb.
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 29 Noyabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















